» » » Sirab ASC-də vakansiya

Sirab ASC-də vakansiya

posted in: İş elanı, Xəbər | 0

Vəzifə: İnsan Resursları şöbə müdiri

Namizədə Tələblər

1. Ali Təhsili (Sosial elmlər, Psixologiya və ya Menecment sahəsində olsa yaxşı olar)
2. Yaş həddi 30-45
3. İnsan Resurslarının idarə edilməsi sahəsində minimum 4 il iş təcrübəsinin olması
4. Dil bilikləri (Azərbaycan dili əla, ingilis dili əla, rus dili orta)
5. AR əmək məcəlləsini bilməli
6. MS Office proqramlarında yüksək səviyyədə işləmək bacarığı
7. İdarəçilik bacarığı
8. Strateji düşünmə bacarığı
9. Məntiqi düşünmək və analiz etmək qabiliyyəti
10. Əla ünsiyyət qurmaq bacarığı
11. Konfliktlərin həll edilməsi bacarığı
12. Məsuliyyətli və dəqiq
13. Yaradıcı və təşəbbüskar

İş barədə məlumat

1. İnsan Resurslarının İdarə Edilməsi siyasətinin, qayda və sistemlərinin hazırlanmasında iştirak etmək, onları təkminləşdirmək
2. Daxili prosedur və proseslərə əsaslanaraq işçi axtarma, seçmə və yerləşdirməni təmin etmək
3. Ehtiyat kadr bazasının yaradılması
4. Şöbələrdən daxil olan vakansiya ehtiyacının təmin edilməsi
5. İş analizinin aparılmasını təşkil etmək və lazımi prosedurun həyata keçirilməsini təmin etmək
6. İxtisaslar üzrə sual bazasını yaratmaqda iştirak etmək, attestasiyaların keçirilməsini təşkil etmək
7. İşə qəbul olunan yeni əməkdaşların oriyentasiya olunması, adaptasiya və sınaq müddətində izlənməsi prosesinin həyata keçirilməsinə nəzarət etmək
8. Yüksək potensialı olan işçilərin təlim və inkişaf proqramını təşkil etmək
9. Kadrlar üzrə müfəttişlərin işinə rəhbərlik etmək və onların işini istiqamətləndirmək

İş qrafiki – Həftənin 5 günü saat 09:00-18:00. İstirahət günü Şənbə, Bazar.
İş yeri – Xırdalan şəhəri, Bakı-Quba şossesinin şərqi 18 A, Sirab ASC
Əmək haqqı  – Danışıq zamanı təyin olunacaq.

Uyğun namizədlərdən cvlərini mövzu yerinə “insan resursları şöbə müdiri” yazmaqla cv@sirab.az mail ünvanına göndərmələri xahiş olunur.

Mənbə: jobsearch.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az