» » » Hansı hallarda əmək müqaviləsi, hansı hallarda isə xidmət müqaviləsi bağlanılır?

Hansı hallarda əmək müqaviləsi, hansı hallarda isə xidmət müqaviləsi bağlanılır?

posted in: Müqavilələr, Xəbər | 0
birbank biznes

İşçi müvafiq iş yerində haqqı ödənilməklə əmək fəaliyyətinə cəlb edildikdə, əmək münasibətlərinin tərəfləri olan işəgötürən ilə işçi arasında Əmək Məcəlləsinin müddəalarına uyğun olaraq əmək münasibətlərinin əsas şərtləri, tərəflərin hüquq və vəzifələri əks etdirilməklə fərdi qaydada olmaqla yazılı formada Əmək müqaviləsi bağlanılır.

İş və xidmət icraçısı tərəfindən sifarişçiyə hər hansı iş və xidmət göstərildiyi halda sifarişçi və icraçı arasında Mülki Məcəllənin müddəalarına uyğun olaraq mülki-hüquqi müqavilə formasında Xidməti müqavilə bağlanılır. Məsələn, podrat, tapşırıq, komisyon, müəlliflik müqaviləsi və s. Xidmət müqaviləsinin tərəfləri Sifarişçi (xidmətləri satın alan tərəf) və İcraçıdır (Xidmətləri göstərən tərəf). Xidmət müqaviləsi 18 yaşına çatmış fiziki şəxslə imzalana bilər.

Mənbə: taxes.gov.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az

Leave a Reply

Your email address will not be published. Required fields are marked *