» » » Koronavirus pandemiyasından sonra sərnişin təyyarələrinin gələcəyi proqnozlaşdırılır

Koronavirus pandemiyasından sonra sərnişin təyyarələrinin gələcəyi proqnozlaşdırılır

posted in: Məqalə, Xəbər | 0
birbank biznes

Koronavirus pandemiyasından sonra sərnişin təyyarələrinin gələcəyi proqnozlaşdırılır.

Sərnişin təyyarələrinin gələcəyi Sərnişin təyyarələriAviasiya mütəxəssisləri gələcəkdə koronavirus pandemiyası səbəbindən böyük sərnişin təyyarələri -nin yoxa çıxacağını proqnozlaşdırır. Bu haqda Daily Mail nəşri məlumat verib.

Mütəxəssislərin fikrincə, vəziyyət sabitləşdikdən sonra aviaşirkətlər böyük ehtimalla kiçik ölçülü təyyarələrə keçəcəklər. Mülki Aviasiya iki ən böyük yeni təyyarədən – Airbus A380 və Boeing 747-400-dən məhrum ola bilər.

“Siz bir daha Boeing 747-400 təyyarəsini görməyəcəksiniz. Airbus A380 təyyarəsinə isə yalnız Emirates aviaşirkəti xidmət göstərə biləcək” – aviasiya məsləhətçisi Endryu Çarlton belə söyləyir.

Bundan əlavə, tələbatın azalması səbəbindən Lufthansa Almaniya daşıyıcısı artıq bu modellərin bir hissəsindən imtina etdiyini qeyd edib. Bir neçə aylıq sərt məhdudiyyətlər uçuşların dayandırılmasına səbəb ola bilər. Və tələbatın böhrandan əvvəlki səviyyəyə qayıtması üçün bir neçə il keçməsi lazım gələ bilər.

Dəqiqləşdirmələrə görə, bir Airbus A380 təyyarəsi 350 milyon funt sterlinqə başa gəlir və ona 110 nəfər xidmət edir. Boeing 747 təyyarəsinin qiyməti isə təqribən 190 milyon funt sterlinq təşkil edir. Bu təyyarəyə xidmət etmək üçün isə 300 nəfərdən çox adam cəlb edilir.

Bundan əvvəl isə Beynəlxalq hava nəqliyyatı assosiasiyasının (IATA) baş direktoru Alexandre de Juniac dünyada avia uçuşların gələcəyini proqnozlaşdırmışdı. Ekspertin sözlərinə görə, beynəlxalq reyslərin bərpasından sonra səyahətçilər və aviaşirkətlər üçün məhdudlaşdırıcı tədbirlər həyata keçiriləcək. İlk növbədə, söhbət təyyarələrdə sərnişinlərin sayının azaldılmasından və onların arasındakı sahənin artmasından gedir. Bu da dərhal aviabiletlərin bahalaşmasına gətirib çıxaracaq.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun