» » » Hökumət sahibkarlara dəstək üçün təkliflər hazırlayır

Hökumət sahibkarlara dəstək üçün təkliflər hazırlayır

posted in: Xəbər | 0
birbank biznes

sahibkarlarAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə martın 17-də Baş Nazir Əli Əsədovun yanında iqtisadi məsələləri müzakirə etmək üçün hökumətin iclası keçirilib. Sahibkarlar

Bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətindən məlumat verilib.

İclasda koronavirus pandemiyasının qlobal miqyasda yaratdığı neqativ mühitin Azərbaycan iqtisadiyyatına mümkün təsirləri və qabaqlayıcı tədbirlər haqqında müzakirələr aparılıb.

Hökumətə tapşırılıb ki, bir həftə ərzində ticarət, ictimai iaşə və nəqliyyat sahələrində tətbiq edilən məhdudlaşdırıcı tədbirlərin təsiri nəticəsində sahibkarlara dəyə biləcək itkilərin minimuma endirilməsi üçün dövlət tərəfindən müxtəlif formalarda dəstək verilməsi də daxil olmaqla təkliflər paketi hazırlasın.

Mənbə: report.az


Həmçinin bax:


Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
sahibkarlar