» » » Pullar və Rokfeller sülaləsi barədə 10 əhvalat (5-ci hissə)

Pullar və Rokfeller sülaləsi barədə 10 əhvalat (5-ci hissə)

posted in: Xəbər | 0
birbank biznes

Pullar və Rokfeller sülaləsi barədə 10 əhvalat (5-ci hissə)Rokfeller

1874-cü il yanvarın 29-da  kiçik amerikalı neft sənayeçisi, maliyyəçi, tarixdə ilk milyarderin oğlu və əfsanəvi Rokfellerlər sülaləsinin əsasını qoyan kiçik Con Devison Rokfeller dünyaya gəlib.    

Böcəklərin kolleksiyaçısı

Kiçik Con Rokfeller özünün beş oğlu və qızlarına dəbdəbəli saraylar və villalar qoymuşdu. Qışda gənc Rokfellerlər Nyu-Yorkda doqquzmərtəbəli ailə evində yaşayırdı. Onların xidmətində poliklinika, xüsusi kolleclər, üzgüçülük hovuzları, tennis kortları, konsert və sərgi zalları olmuşdur. 3 min hektar ölçüdə olan Rokfellerin malikanəsində at sürmək üçün manejlər, velodrom, yarım milyon dollar dəyərində ev teatrı, yaxtalarda üzmək üçün göllər və s.var. Oyunlar üçün yalnız bir otağın avadanlığı həvəsli neft kralına 520 min dollara başa gəlmişdi.

Məqalənin 4-cü hissəsini buradan oxuya bilərsiniz.

Qardaşlardan ən kiçiyi olan Devid yetkinlik yaşına çatdıqda, onların hər biri dünyəvi həyat sürmək üçün öz sərəncamına lazım olan şəhər malikanələri, yay vilları və digər daşınmaz əmlak əldə etdi. Devidin özünə gəldikdə, amerikan nərlərinin təsdiq etdiyinə görə onun yeganə əyləncəsi böcək kolleksiyası toplamaq olub. Devid Rokfellerin kolleksiyasında 40 min böcək olub.

Lakin, Abramoviç daha varlıdır

“Rokfeller Financial Services”in idarəetməsi altında indi 34 milyard dollarlıq aktivlər vardır. Onların arasında “Vallares” neftqaz qrupu, “Johnson&Johnson”, “Dell”, “Procter&Gamble” və “Oracle” şirkətlərindəki pay daxildir. Şirkətlərin səhmlərindən çoxu Rokfellerlər ailəsinə məxsusdur. Amma, Devid Rokfellerin özünün (Forbes jurnalının versiyasına görə) sərvəti 2,5 milyard dollar təşkil edir. Belə ki, hazırda rusiyalı biznesmen Roman Abramoviçin şəxsi sərvəti 10,2 milyard dollar dəyərindədir. Rusiyalı indi fəal şəkildə xarici şirkətlərə sərmayə qoyur. Onun ən son iri alışlardan biri – Britaniyanın “Truphone” telekommunikasiya qrupunun səhmləri  (23,3% ) olub ki buna Abramoviç 75 mln.funt-sterlinq xərcləyib. Ekspertlərin qiymətləndirməsinə görə, Abramoviçin incəsənət əsərlərinin kolleksiyasının dəyəri ən azından bir milyard dollar təşkil edir.

Bir neçə il bundan əvvəl Abramoviç Karib dənizində Sent-Bart adasında 70 akr sahədə malikanəni satın almışdı. Malikanənin yerləşdiyi torpaqlar Devid Rokfellerə məxsus idi. Abramoviç bu yeni malikanənin alışına 89 milyon dollar pul vermişdi.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun