» » » Riskli vergi ödəyicilərinə qarşı yoxlama və nəzarət tədbirləri

Riskli vergi ödəyicilərinə qarşı yoxlama və nəzarət tədbirləri

posted in: Xəbər | 0
birbank biznes

Riskli vergi ödəyicilərinə qarşı yoxlama və nəzarət tədbirləri

riskli vergiVergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, vergi ödəyicisinin riskli vergi ödəyicisi olması onun fəaliyyəti üzrə növbədənkənar səyyar vergi yoxlamasının və operativ vergi nəzarətinin keçirilməsi üçün əsas yaradır.

Dövlət Vergi Xidmətindən əldə etdiymiz məlumata görə, bununla yanaşı, məcəllənin 83.7-ci maddəsinin müddəalarına əsasən, vergi ödəyicisi riskli vergi ödəyicisidirsə, vergi orqanının vergini onun ödənildiyi tarixədək hesablamaq hüququ var.

Məcəllənin 87.3-1-ci maddəsində isə göstərilib ki, riskli vergi ödəyiciləri tərəfindən artıq ödəmənin qaytarılması ilə bağlı müraciət edildikdə, bu maddə ilə müəyyən olunmuş müddətlər onların fəaliyyəti üzrə kameral və ya səyyar vergi yoxlamaları, eləcə də operativ vergi nəzarəti tədbirləri tam başa çatdıqdan sonra tətbiq edilir.

Bundan əlavə, Vergi Məcəlləsinin 89.3-cü maddəsinə əsasən, vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda, vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərməklə, eyni zamanda, ondan vergi öhdəliyini dərhal yerinə yetirməyi tələb edə bilər.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun