» » » Qeyri-rezidentə ödənilən məbləğə görə hesablanmış ƏDV invoys yoxsa ödəmə vaxtı məzənnəsi ilə nəzərə alınmalıdır?

Qeyri-rezidentə ödənilən məbləğə görə hesablanmış ƏDV invoys yoxsa ödəmə vaxtı məzənnəsi ilə nəzərə alınmalıdır?

posted in: sual-cavab, Xəbər | 0
birbank biznes

Qeyri-rezident ƏDVSual: ƏDV bəyannaməsinin 306.1-ci sətrində ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentin göstərdiyi xidmətlər və ya gördüyü işlər üzrə əməliyyatlar bölməsində qeyri-rezident tərəfindən təqdim edilən hesab və təhvil-təslim aktında qeyd olunan tarixə həmin günün məzənnəsinə əsasən AZN ekvalentində göstərilir. Bildiyimiz kimi, qeyri-rezidentə görə yaranmış ƏDV büdcəyə qeyri-rezidentə ödəniş edildiyi vaxt ödənilməlidir.

Bu zaman büdcəyə ödəniləcək qeyri-rezidentə görə yaranmış ƏDV borcu hesab (invoice)-da qeyd olunan tarixdəki məzənnə ilə nəzərə alınmalıdır yoxsa ödəniş gününə olan məzənnə ilə?
Misal: 28.01.2021 tarixində qeyri-rezident 100.00 AVRO xidmət göstərmişdir (28.01.2021-2.0554 AZN) mən Yanvar bəyannaməsində 306.1 sətirdə (100.00*2.0554=205.54 AZN) göstərmişəm. Ödəniş edilib 25.02.2021 günün məzənnəsi 2.0697 əsasən 100*2.0697=206.97 AZN. Mən büdcəyə ödəyəcəyim ƏDV 205.54 AZN yoxsa 206.97 AZN-dən hesablamalıyam?

Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 169.3-cü maddəsinin müddəalarına əsasən bu Məcəllənin 169.1-ci maddəsi tətbiq edildikdə, vergi tutulan əməliyyatın vaxtı ödəmənin həyata keçirildiyi vaxt sayılır. Ödəmə əməliyyatın həyata keçirilməsinədək aparıldıqda, vergi tutulan əməliyyat ödəmə həyata keçirildikdə aparılmış sayılır.

Buna əsasən qeyri-rezidentin göstərdiyi xidmətlərə görə ƏDV həmin xidmətlərin dəyərinin qeyri-rezidentə ödənildiyi günün məzənnəsinə uyğun hesablanır və ödənişin aparıldığı ayın ƏDV bəyannaməsində əks etdirilir.

Əsas: Vergi Məcəlləsinin 169-cu maddəsi.

Mənbə: taxes.gov.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun