» » » Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısında dəyişiklik edilib

Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısında dəyişiklik edilib

posted in: Xəbər | 0
birbank biznes

Peşəkar mühasib sertifikatı“Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetiqərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, No 1, maddə 53; 2002, No 10, maddə 635; 2003, No 6, maddə 342; 2008, No 8, maddə 787; 2010, No 3, maddə 264, No 6, maddə 569; 2013, No 10, maddə 1200; 2016, No 9, maddə 1585, No 11, maddə 1976; 2019, No 3, maddə 513, No 7, maddə 1319) ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 1.9-cu bəndə“(müharibəiləəlaqədar əlilliyi olan şəxslər istisna olmaqla)” sözlərindən sonra “ , sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar” sözləri əlavəedilsin.

2. 1.13-cü bənd üzrə:

2.1. birinci abzasa “məhdud” sözündən sonra “18 yaşınadək” sözləri və“valideynlərdən” sözündən sonra “(o cümlədən övladlığa götürən şəxslərdən)” sözləri əlavəedilsin;

2.2. aşağıdakı məzmunda yeddinci abzas əlavəedilsin:“övladlığagötürməbarədəməhkəməqərarının surəti;”.

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri,19 aprel 2021-ci il

No 102