Vergi orqanları qeyri-neft sektorundan daha çox vergi toplayıblar.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışında deyib:
– “Bu ilin əvvəlindən Azərbaycan iqtisadiyyatında baş vermiş müsbət dəyişikliklər bizim potensialımızı gücləndirir, əhali tərəfindən yüksək qiymətləndirilir və bizə əlavə maliyyə resursu əldə etmək üçün şərait yaradır”.
Dövlətimizin başçısı vergi və gömrük sahəsində həyata keçirilən islahatların nəticələrini yüksək qiymətləndirərək, bu dəyişikliklərdən sonra büdcə daxilolmalarının artdığını vurğulayıb:
-“Birinci rübdə büdcə daxilolmaları ciddi şəkildə – 200 milyon manatdan çox artıb. Bunun 150 milyon manatdan çox hissəsini vergi sahəsində, 50 milyon manatdan çox hissəni isə gömrük sahəsində əldə etmişik”.