Ezamiyyə xərclərinin normaları ilə bağlı qərarda kiçik dəyişiklik edilib.
Ezamiyyə xərclərinin normaları haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 1, maddə 44, № 6, maddə 589, № 12, maddə 1118;
2011, № 1, maddə 66, № 9, maddə 854; 2013, № 2, maddə 197, № 10,
maddə 1222; 2015, № 8, maddə 962; 2018, № 3, maddə 592, № 6, maddə 1368) ilə təsdiq edilmiş 2 nömrəli Əlavə – “Rəhbər işçilərin xarici ölkələrə ezamiyyətləri ilə əlaqədar ezamiyyə xərclərinin 1 günlük normasına əlavələr və həmin əlavələrin tətbiq olunduğu rəhbər işçilərin kateqoriyası”nın cədvəlinin 2-ci hissəsinə “Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının sədrləri” sözlərindən sonra “, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti” sözləri və 3-cü hissəsinə “Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının sədr müavinləri” sözlərindən sonra “, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidentləri” sözləri əlavə edilsin.
Azərbaycan Respublikasının
Baş Naziri Novruz Məmmədov
Mənbə: cabmin.gov.az