» » » Qeydiyyatdan keçmiş vergi ödəyicilərinin 60,8 faizi regionların payına düşür

Qeydiyyatdan keçmiş vergi ödəyicilərinin 60,8 faizi regionların payına düşür

posted in: Vergi, Xəbər | 0

Qeydiyyatdan keçmiş vergi ödəyicilərinin 60,8 faizi regionların payına düşür.

2019-cu ilin aprel ayında qeydiyyatdan keçmiş vergi ödəyicilərinin sayı 11.022 (1.314 hüquqi şəxs, 9.708 fiziki şəxs) olub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 51,9 faiz çoxdur. Həmin vergi ödəyicilərinin 60,8 faizi regionlarda qeydiyyatdan keçib.

Ay ərzində hüquqi şəxslərin 75,9 faizi, fiziki şəxslərin isə 1,3 faizi elektron qaydada qeydiyyata alınıb. Hesabat dövründə 4.333 təsərrüfat subyekti (obyekti) qeydiyyatdan keçib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 69,6 faiz çoxdur. Qeydiyyatdan keçmiş NKA-ların sayı (2059) ötən ilə nisbətən 34 faiz, POS-terminalların sayı (1.672) isə 2,2 faiz çox olub.

Biznes hesabi

2019-cu ilin aprel ayında ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 1.251 olub ki, bu da 2018-ci ilin müvafiq dövrünə nisbətən 3,9 dəfədən çox artım deməkdir.

Mənbə: vergiler.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.