» » » Nağdsız ödənişlərin stimullaşdırılması məqsədilə vergi mexanizmi qurulub

Nağdsız ödənişlərin stimullaşdırılması məqsədilə vergi mexanizmi qurulub

posted in: Xəbər | 0
birbank biznes

Maliyyə və Texnologiyalar SammitiNağdsız ödənişlərin stimullaşdırılması məqsədilə vergi mexanizmi qurulub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı Bakıda keçirilən Maliyyə və Texnologiyalar Sammitindəki çıxında bildirib ki, “Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi” və “2018-2020-ci illərdə rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” uğurla icra edilir.

Problemli kreditlərin həlli, əmanətlərin tam sığortalanması və bankların kapitallaşma səviyyəsinin artırılması istiqamətində məqsədyönlü işlər görülüb. Bankların fəaliyyəti üzərində nəzarətin və kreditorların hüquqlarını müdafiə mexanizminin təkmilləşdirilməsi üzrə fəaliyyətlər həyata keçirilib: “Aktiv pul bazarının formalaşdırılması məqsədilə beynəlxalq təcrübə araşdırılıb, mövcud marketmeykerlərin daha da inkişaf etdirilməsi imkanları qiymətləndirilib.

Eyni zamanda, “Blumberq” ticarət sistemində banklararası pul bazarı əməliyyatlarının aparılması və onlayn rejimdə Mərkəzi Bank tərəfindən bu əməliyyatlarla bağlı məlumatların əldə edilməsi imkanı yaradan “E-Bond” platforması bankların istismarına verilib”.

Ölkədə nağdsız ödənişlərin stimullaşdırılması məqsədilə yeni vergi mexanizmi qurulduğunu bildirən V.Qasımlının sözlərinə görə, qiymətli kağızlar bazarının dərinləşdirilməsi, paylanılmış reyestr texnologiyalarının tətbiqi, ani ödənişlər sistemi, vençur fəaliyyəti, ödəniş xidmətləri və ödəniş sistemləri istiqamətində təkliflər hazırlanıb.

Mənbə: vergiler.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.