» » » Qeydiyyat üçün son gün! – Bakı Şəhər İcra Hakimiyyətində “Təcrübə proqramı”

Qeydiyyat üçün son gün! – Bakı Şəhər İcra Hakimiyyətində “Təcrübə proqramı”

posted in: Xəbər | 0
birbank biznes

 

Bakı Şəhəri İcra Hakimiyyəti və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) birgə əməkdaşlığı çərçivəsində “Təcrübə proqramı”na start verilir.

Təcrübə proqramında Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrinin istənilən kurs tələbələri iştirak edə bilərlər. Proqramda iştirak etmək istəyən tələbələr online qeydiyat formasını dolduraraq qoşula bilərlər. 2 ay müddətində davam edəcək proqram çərçivəsində 20 tələbə Bakı Şəhəri İcra Hakimiyyətinin inzibati binasında təcrübə keçmək şansı əldə edəcəklər.

Təcrübə proqramına seçim iki mərhələdən ibarət olacaq. Birinci mərhələ qeydiyyat, ikinci mərhələ isə seçilmiş tələbələr ilə aparılacaq müsahibə yolu ilə baş tutacaq.

Qeydiyyat: goo.gl/pvNUks

Son qeydiyyat tarixi: 11 mart 2018

Ətraflı məlumat üçün: (+99412) 493-96-24

Mənbə: www.asyou.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az