Moskva polis idarəsinin baş istintaq idarəsi əməkhaqlarının ödənişi ilə bağlı saxtakarlıq edən mühasib barəsində cinayət işini baxılmasından ötrü məhkəməyə göndərib.
Saxlanılan şəxs etibardan və səlahiyyətlərdən sui-istifadə edib.
Bax: Eyni zamanda həm mənfəət həm də sadələşdirilmiş vergi ödəyicisi olmaq olar?
Cinayət işi qeyri-dövlət pensiya fondundan 6,7 milyon rubldan çox (170 min manatdan artıq) vəsaitin mənimsənilməsi faktı üzrə qaldırılıb. Mühasibat uçotu şöbəsinin keçmiş işçisi iki qeyri-dövlət pensiya fondunun xüsusi proqramından istifadə etməklə təşkilatların pul vəsaitlərini oğurlayıb.
2014-2016-cı illərdə mühasib işçilərin gəlirlərini süni şəkildə artırıb, sonra isə onları əvvəlki məbləğlər həddinə qaytarıb və aradakı fərqi isə mənimsəyib. Mühasib reyestrləri möhürləyib və rəhbərliklə razılaşdırıb. Cinayət işinə Zamoskvaretskiy rayon məhkəməsində baxılacaq.