» » » Ötən il əmək qanunvericiliyini pozanlar 431.000 manat cərimələnib

Ötən il əmək qanunvericiliyini pozanlar 431.000 manat cərimələnib

posted in: Xəbər | 0
birbank biznes

Ötən il əmək qanunvericiliyinin tələblərinin pozulmasına dair vətəndaşlardan daxil olmuş 6 402 şikayət məzmunlu ərizə və müraciət, müəssisə, idarə və təşkilatlar tərəfindən göndərilmiş müxtəlif xarakterli 1 622 sorğu araşdırılaraq cavablandırılıb.

Bu, Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatda əksini tapıb.

Vətəndaşların müraciətlərinin araşdırılması zamanı 228 halda işəgötürənlər tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulduğu aşkar edilib. Həmin hüquq pozuntularının böyük əksəriyyətinin aradan qaldırılması təmin edilib, aradan qaldırılması vaxt tələb edən pozuntuların ləğvi üçün isə işəgötürənlərə göstərişlər verilib.

Törədilmiş inzibati xətaya görə, vəzifəli və hüquqi şəxs barədə inzibati qərar qəbul edilərək 431 400 manat məbləğində inzibati cərimə tətbiq olunub ki, onun da 94 418 manatının dövlət büdcəsinə ödənilməsi təmin edilib.

Hesabat dövründə əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verilmiş 12 nəfər öz əvvəlki işlərinə bərpa edilib, işçilər barəsində yol verilmiş çoxlu sayda qanun pozuntularının aradan qaldırılması təmin edilib.

Mənbə: apa.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az