» » » ƏDV bəyannaməsi: E-Qaimə yoxsa E-VHF tarixini əsas götürməli?

ƏDV bəyannaməsi: E-Qaimə yoxsa E-VHF tarixini əsas götürməli?

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Sual: Təmsil etdiyim tikinti təşkilatı aprel ayı üçün təsdiq olunmuş aktlara əsasən görülmüş işlərə, göstərilmiş xidmətlərə görə elektron qaiməni 30 aprel 2017-ci il tarixinə təqdim etmişdir. Lakin elektron vergi hesab faktura 3 may 2017-ci il tarixinə təqdim edilmişdir. Belə olan təqdirdə təmsil etdiyim tikinti təşkilatı görülmüş işlərə, göstərilmiş xidmətlərə görə dövriyyəni hansı ay üçün nəzərə almalıdır? (aprel yoxsa may)

Cavab: Bildiririk ki, ƏDV tutulan əməliyyatın vaxtı sifarişçi müqavilə üzrə təqdim edilmiş malların, göstərilmiş xidmətlərin, görülmüş işlərin dəyərini 30 gün müddətində ödədikdə ödəmənin həyata keçirildiyi vaxt, 30 gündən gec ödədikdə malların, xidmətlərin, işlərin təhvil verilməsindən 5 gündən gec olmayaraq verilmiş elektron vergi hesab-fakturasının tarixi, elektron vergi hesab-fakturası 5 gündən gec verildiyi halda isə malların, xidmətlərin, işlərin təhvil verilməsi tarixi hesab olunur.

Odur ki, aprel ayında tərəfinizdən görülmüş işlərin, göstərilmiş xidmətlərin dəyəri işlərin (xidmətlərin) təhvil verildiyi gündən 30 gün keçdikdən sonra ödənildikdə işlərin (xidmətlərin) təhvil verildiyi tarixdən (30.04.2017-ci ildən) 5 gün müddətində verilən elektron vergi hesab-fakturanın tarixi (03.05.2017-ci il) ƏDV vergi tutulan əməliyyatın vaxtı hesab olunur.

Əlavə məlumata zərurət yarandıqda Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Bax: Vergi Məcəlləsinin 166-cı və 176.3-cü maddələri.

Mənbə: www.taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.