» » » Qeyri-rezidentə təhsillə bağlı onlayn xidmətlərə görə ödənilən məbləğdən ƏDV hesablanmalıdırmı?

Qeyri-rezidentə təhsillə bağlı onlayn xidmətlərə görə ödənilən məbləğdən ƏDV hesablanmalıdırmı?

posted in: sual-cavab, Xəbər | 0
birbank biznes

ƏDV onlayn xidmətSual: Cəmiyyət əməkdaşlarının iş qabiliyyətinin artırılması və təkmilləşdirilməsi məqsədi ilə qeyri-rezidentdən təlim xidmətləri alır. Bu təlim xidməti üçün qeyri rezidentin nümayəndəsi Azərbaycan Respublikasına gəlmir və Cəmiyyət də öz əməkdaşlarını xaricə göndərmir. Təlim isə onlayn olaraq, internet platforması üzərindən təşkil edilir. Bu zaman, qeyri-rezidentə ödəniş zamanı, Vergi Məcəlləsinin 125-ci maddəsinə əsasən ÖMV hesablanır, lakin Qeyri-rezidentin ƏDV-si üçün isə hansı maddəyə (maddənin bəndinə) əsaslanmalı olduğumu müəyyən oluna bilmədi. Bu əməliyyatda Vergi Məcəlləsinin 168.1.3 (təhsil), 168.1.5 (elektron ticarət), 168.1.6 maddələrinin tətbiqi ilə bağlı yanaşma ilə bağlı məlumat almaq, təlim xidmətinin 168.1.3-cü maddədə qeyd edilən təhsil xidmətinə və ya 168.1.5-ci maddədə qeyd edilən elektron ticarətə və ya 168.1.6-cı maddələrindən hansına istinad ediləcəyi və qeyri-rezidentin ƏDV-nin hesablanıb hesablanmayacağını bilmək istərdik.

Cavab: Bildiririk ki, qeyri-rezident tərəfindən rezident müəssisəyə göstərilən təhsillə bağlı onlayn xidmətlərə görə əldə olunan gəlirlər Azərbaycan Respublikasındakı fəaliyyətlə bağlı meydana çıxan gəlirlərə aid olduğu üçün rezident müəssisə tərəfindən aparılan ödənişlərdən Vergi Məcəlləsinin 125.1.5-ci maddəsinə uyğun olaraq 10 faiz dərəcə ilə ödəmə mənbəyində vergi tutulmalı və tutulmuş vergi məbləği dövlət büdcəsinə ödənilməlidir.

Eyni zamanda qeyri-rezident tərəfindən rezident müəssisəyə göstərilən təhsillə bağlı onlayn xidmətlərin göstərilməsi zamanı xidməti alan şəxslərin Azərbaycan Respublikasının hüdudlarını tərk etmədiyini, həmin xidmətlərin göstərilməsi yerinin xidmətlərin faktiki göstərildiyi yerlə müəyyən olunduğunu və xidmətlərin kompüter, internet və digər elektron şəbəkələr vasitəsi ilə göstərildiyini nəzərə alaraq ƏDV-nin məqsədləri üçün xidmətlərin faktiki göstərildiyi yer Azərbaycan Respublikasının ərazisi hesab edilir. Buna əsasən qeyri-rezident şəxsin göstərdiyi təhsillə bağlı onlayn xidmətlərə görə ödənilən məbləğdən 18 faiz dərəcə ilə ƏDV hesablanıb dövlət büdcəsinə ödənilməlidir.

Əsas: Vergi Məcəlləsinin 125-ci, 168-ci və 169-cu maddələri.

Mənbə: taxes.gov.az


Bax:


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun