» » » 2020-ci il üçün Novruz, Ramazan və Qurban bayramları üçün tətil günləri müəyyən edilib

2020-ci il üçün Novruz, Ramazan və Qurban bayramları üçün tətil günləri müəyyən edilib

posted in: Xəbər | 0
birbank biznes

          Baş Nazir 2020-ci il üçün Novruz, Ramazan və Qurban bayramları ilə bağlı sərəncam imzalayıb tətil günləri

2020-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinin 4-cü hissəsinə və “Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli 194-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 dekabr tarixli 489 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən:
1. 2020-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, mayın 24, 25-i Ramazan bayramı, iyulun 31-i, avqustun 1-i Qurban bayramı günləri müəyyən edilsin.
2. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan günlər iş günü hesab edilmir.
3. Bu Sərəncam kütləvi informasiya vasitələrində elan edilsin.

Azərbaycan Respublikasının 

Baş Naziri             Əli Əsədov



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
tətil günləri