Norm şirkəti 2018-ci il üzrə Yay Təcrübə proqramını elan edir.
Təcrübə proqramına aşağıdakı ixtisaslar üzrə tədris müəsisəsinin III və IV kurslarında və ya magistr pilləsində təhsil alan şəxslər qatıla bilərlər:
- İnşaat mühəndisliyi,
- İqtisadiyyat, Logistika, Nəqliyyat
- İnşaat Materialları, Yapışdırıcı Materiallar və Beton istehsalı Texnologiyası
- Avtomatika, İdarəetmə Sistemləri, Elektrik, Energetika, Elektronika
- Maşınqayırma, Texnoloji maşınlar və Metallurgiya
- Kimya və Kimya texnologiyası
- İdarəetmə, insan resursları, inzibati idarəetmə, təsərrüfat
Tələblər
- Proqrama müraciət forması
- Norm Sement zavodunda təcrübə keçməkdə məqsədi və gələcək karyera planlarını əks etdirən niyyət məktubu (Letter of purpose)
- Tələbə olduğunu təsdiq edən sənəd
- Elmi işlərin siyahısı (əgər varsa)
- İştirak etdiyi əlavə kurs və ya təlimləri təsdiqləyən sənəd (əgər varsa)
- Magistrlər üçün – bakalavr diplomunun surəti
Şərtlər
İş qrafiki: Bazar ertəsi – Cümə
Müddət: 2-3 ay
Əlavə olaraq: nahar və nəqliyyat xidməti
Müraciətlər
Müraciətlərinizi aşağıda qeyd olunmuş formanı yükləyib doldurdurdan sonra 06 may 2018-ci il tarixinədək internship@norm.az email ünvanına mövzu hissədə “Internship” qeyd edərək göndərməyiniz xahiş olunur: Təcrübə proqramına müraciət forması (294 downloads )
Qeyd: Təcrübə proqramı ödənişsizdir və Şirkət təcrübəçiləri mütləq qaydada işə götürmək öhdəliyi daşımır.
Mənbə: norm.az