» » » Azərbaycanda nominal əməkhaqqı 11 %-dən çox artıb

Azərbaycanda nominal əməkhaqqı 11 %-dən çox artıb

posted in: Xəbər | 0
birbank biznes

nominal əməkhaqqıBu il yanvarın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ilkin məlumatlara əsasən ötən illə müqayisədə 45,2 min nəfər və ya 2,7 % artaraq 1 691,8 min nəfər olub, onlardan 910,8 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 781 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verilir.

Məlumata görə, muzdla işləyənlərin 19,6 %-i təhsil, 18,5 %-i ticarət, nəqliyyat vasitələrinin təmiri, 12,9 %-i sənaye, 8,3 %-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,8 %-i tikinti, 6,6 %-i dövlət idarəetməsi və müdafiə, sosial təminat, 4,5 %-i nəqliyyat və anbar təsərrüfatı, 3,6 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,5 %-i peşə, elmi və texniki fəaliyyət, 1,7 %-i maliyyə və sığorta fəaliyyəti, 13 %-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.

Ötən ilin ilkin məlumatlarına əsasən ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətən 11,4 % artaraq 707,3 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun