» » » Nəzarət-kassa aparatının çeklərində hansı məlumatlar olmalıdır?

Nəzarət-kassa aparatının çeklərində hansı məlumatlar olmalıdır?

posted in: Xəbər | 0
birbank biznes

Nəzarət-kassa aparatının çeklərində aşağıdakı məlumatlar olmalıdır?e-kassa Nəzarət-kassa aparatının çekləri

  • vergi ödəyicisinin adı;
  • VÖEN-i;
  • çekin vurulmasının tarixi və saatı;
  • təsərrüfat subyektinin (obyektinin) adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan;
  • malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ (o cümlədən ƏDV-nin və ya sadələşdirilmiş verginin məbləği);
  • gün ərzində vurulmuş çeklərin sayı və nömrəsi;
  • nəzarət-kassa aparatının markası və zavod nömrəsi.
  • nəzarət-kassa aparatının fiskal rejiminin nişanı (əlaməti).
  • malın sürətli məlumat kodu (Quick Response Code);
  • ödənilmiş məbləğ;
  • müştəriyə qaytarılan məbləğ (malın dəyərindən artıq ödənilən hissə üzrə);
  • nisyə satış zamanı ödəniləcək məbləğ (qalıq borc);
  • ödənişin forması və üsulu (nağd və ya nağdsız, avans (beh), nisyə, bonus, hədiyyə kartı və digər bu kimi ödəmələr);
  • çekin növü (satış, geri qaytarma və ya ləğvetmə);
  • nəzarət mexanizmi qurğusunun qeydiyyat nömrəsi;
  • geri qaytarma çekində satış çeki üzrə fiskal əlamətlərdə təsvir olunan simvollar.

Əsaslandırma: Vergi Məcəlləsinin 50.8-ci maddəsi.


Mənbə: taxes.gov.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun