» » » Müəssisənin xalis mənfəəti hesabına aktivlər alması və ya aktivləri alıb nizamnamə kapitalına qoyması dividend hesab olunurmu?

Müəssisənin xalis mənfəəti hesabına aktivlər alması və ya aktivləri alıb nizamnamə kapitalına qoyması dividend hesab olunurmu?

posted in: sual-cavab, Xəbər | 0
birbank biznes

Dividenddən vergi tutulması dividend

Sual: Müəssisənin xalis mənfəəti hesabına aktivlər alması və ya aktivləri alıb nizamnamə kapitalına qoyması dividend hesab olunurmu?

Cavab: Hüquqi şəxsin xalis mənfəəti dividend şəklində səhmdarlar arasında bölüşdürülmədiyinə, səhmdarlara ödənilmədiyinə və səhmdarların səhmlərinin faiz nisbətini dəyişdirmədiyinə görə, onun nizamnamə kapitalının artırılmasına yönəldilməsi dividend anlayışı ilə əhatə olunmur və dividendlərin vergiyə cəlb edilməsi üzrə vergi qanunvericiliyinin müddəaları bu əməliyyatlara şamil edilmir.

Əsaslandırma: Vergi Məcəlləsinin 13.2.15-ci maddəsi, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı.

Mənbə: taxes.gov.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun