» » » Mühasibatlıq sahəsində görkəmli alimlər (İohan Fridrix Şer)

Mühasibatlıq sahəsində görkəmli alimlər (İohan Fridrix Şer)

posted in: muhasibat, Məqalə | 0
birbank biznes

İsveçrə mühasibatlıq məktəbinin görkəmli nümayəndələrindən biri İohan Fridrix Şer (1846-1924) hesab olunur. Şeri balans nəzəriyyəsinin banisi hesab etmək olar. Yekun uçot konsepsiyasının təməl olaraq balansın təbliğatı kimi qəbul edilməsi, balansşünaslığın yaranmasına gətirib çıxardı.

İohan Fridrix Şer Avropa uçot düşüncəsinin ən böyük nümayəndələrindən biridir. Şer hesab edirdi ki, “yalnız təsərrüfatdaxili və xarici, eləcə də hüquqi və gerçək faktlar mühasibatın predmeti ola bilər”, xronoloji və sistemli uçot isə maddi şeylərin və hüquqi (qeyri-maddi) faydaların hərəkətini qeydə alan xronoloji və praqmatik tarixşünaslıq kimi başa düşülməlidir.

Şerə görə, mühasib – təsərrüfat həyatının salnaməçisidir – bu zaman o, riyazi metodlardan istifadə edir və bu səbəbdən uçot “…tətbiqi riyaziyyat sahəsidir”.  Mühasib başlıca olaraq ölçü kimi puldan istifadə edir, təbii – köməkçi rolunu oynayır.  “Mühasibatın məqsədi təmiz mülkiyyətin ikiqat çıxarışından ibarətdir”, yəni, təsərrüfat fəaliyyətinin nəticələrinin üzə çıxarılması yox, kapitalın hesablanmasıdır, dinamika yox, statikadır. Buradan belə nəticə hasil olur: “hər bir hesabın mahiyyəti onun dövriyyəsi ilə deyil, balansı ilə ifadə olunur”.

Öz sələfi olan müəlliflərdən fərqli olaraq, Şer uçotun  təməli kimi hesabı yox, balansı götürürdü. Balansın təməlində isə kapitalın bərabərliyi dayanır, balansın özü isə kapitalın dövretmə mərhələlərini üzə çıxarmağa kömək edən vasitə kimi başa düşülür.

Ona görə, Şerin uçot nəzəriyyəsini çox vaxt balans nəzəriyyəsi adlandırılır. “Balans əməliyyatlar dövrünün son günündə hesab şəklində düzülmüş aktivlər və öhdəlik arasında bərabərliyi təmsil edir” – o, belə yazırdı.

Məhz, mühasibat balansı və balansşünaslığı sayəsində ikiqat qeydlərin mühasibat uçotunun sadə forması üzərində aşkar üstünlüyü üzə çıxdı.

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.