» » » Mühasibatlıq işlərinin aparılmasını kimə etibar etməli?

Mühasibatlıq işlərinin aparılmasını kimə etibar etməli?

posted in: muhasibat, Məqalə, Xəbər | 0
birbank biznes

Mühasibatlıq işlərinin aparılmasını kimə etibar etməli?

Hər bir biznesmen problemlə üzləşir, mühasibat uçotunun aparılmasını necə və kimə etibar etmək olar? Müvafiq qanundan belə çıxır ki, mühasibat uçotunu bunlar həyata keçirə bilərlər: ştatlı iqtisadçı, müqavilə əsasında mühasibat təşkilatı, müəssisənin öz rəhbəri.

İri təşkilatlarda işin həcmi də böyük olur, ona görə də ayrıca mühasibatlıq bölməsi saxlamaq daha faydalıdır. Kiçik şirkətlərə gəldikdə  isə hər üç mühasibatlıq metodundan birini təşkil etmək daha məqsədəuyğundur. Bütün üsulların müsbət və mənfi tərəflərini nəzərdən keçirək.

Şirkətə işə düzəlmək üçün yeni əməkdaş gəldikdə, rəhbər işçilərə zahiri görkəmindən həmin şəxsin qabiliyyətlərinin olub-olmadığını müəyyən etmək çətin olur. Əməkdaş biliklərə malik ola bilər, lakin praktik təcrübəsinin olmaması da istisna deyil. Çox vaxt mühasib iş prosesində tanınır.

Səhvlər aşkar edildikdə, cərimə sanksiyalarına rəhbər işçi cavabdehlik daşıyır. Yüksək ixtisaslı baş mühasibin saxlanılmasına və iş yerinin avadanlıqlarla təchiz olunmasından ötrü böyük xərclər tələb olunur. Ona görə də bəzi müəssisələrdə belə işçini saxlamaq sərfəli olmur.

Mühasibat uçotunun sərbəst şəkildə aparılması üçün xüsusi bilik və təhsilə ehtiyac var. Və əksər hallarda müəssisə rəhbərlərinin iqtisadi və ya maliyyə təhsili olmur. Belə halda problemlər daha çox ola bilər, daha sonra isə xüsusi şirkətlərə müraciət etmək lazım gələcək. Belə ki, mühasibat uçotunun bərpası zərurəti ortaya çıxacaq ki, onu da  yalnız mütəxəssislər yerinə yetirə bilər. Mühasibat uçotunu aparmaq üçün rəhbər işçilərin çox vaxt zamanı da kifayət etmir. Bu da öz növbəsində ciddi səhvlərə və çatışmazlıqlara gətirib çıxarır. Qanunvericiliyə görə isə istənilən təşkilatda mühasibat uçotu mütləq aparılmalıdır.

Mühasibat uçotunun kənar təşkilatlar tərəfindən aparılması orta və kiçik biznes müəssisələri arasında geniş yayılıb. Belə bir şirkətlə əməkdaşlıq təxminən bu cür görünür. Şirkət sizin biznesinizin xüsusiyyətlərini öyrənir, yerinə yetirilməsi lazım olan işləri müəyyənləşdirir, dəyəri sizinlə razılaşdırır və müqavilə bağlayır. Siz isə mühasibat firmasına yalnız bütün ilkin sənədləri ötürürsünüz, mühasibat hesabatlarını və vergi bəyannamələrini imzalayırsınız.

Bu halda əgər həmin firmanın təqsiri üzündən ziyan çəkəcəksinizsə. Siz onu mülki məsuliyyətə cəlb edə biləcəksiniz ki, bu təşkilatların böyük üstünlüyüdür. Əgər sizə vergi konsultasiyaları lazımdırsa, firma sizə vergi məsləhətçisi xidmətləri təqdim edəcək. Çünki heç də hər bir mühasib sizin suallarınıza düzgün cavab verə bilməz. Vergi Məcəlləsinin düzgün başa düşülməməsi isə ciddi maliyyə itkisinə səbəb ola bilər.

Müəssisənizin mənfəəti mühasibat uçotunun düzgün aparılmasından çox asılıdır və onu necə aparacağınız barədə qərarı isə siz verəcəksiniz.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
mühasibatlıq