» » » Mühasibat uçotunu öyrənənlərin bilməli olduğu əsas terminlər (3-cü hissə)

Mühasibat uçotunu öyrənənlərin bilməli olduğu əsas terminlər (3-cü hissə)

posted in: muhasibat, Məqalə, Xəbər | 0
birbank biznes

Mədaxil (satışdan hasil olan pul) – təşkilat, şirkət və sahibkar tərəfindən satış, iş və xidmətə görə əldə edilən pul vəsaitləri.

Dövlət büdcəsi – dövlətin müəyyən dövr üçün gəlir və xərclərinin tərkibi.

İkili uçot – hər bir təsərrüfat əməliyyatı mühasibat uçotu hesablarında iki dəfə əksini tapır,  bir hesabın debetində və həmin məbləğlə əlaqəli başqa hesabın krediti ilə.

Debet – mühasibat uçotunda hesabın bir hissəsi (sol), hansı ki, aktiv hesablar üçün artımı, öhdəliklər üçün azalmanı bildirir.

Debetor – təşkilatın borcları qeydə alınmış hüquqi və fiziki şəxslər.

Debetor borcu – malların, işlərin və xidmətlərin, məhsulların, verilmiş avansların, hesabat verən şəxslərin məbləğlərinin və s. üçün borc öhdəliyi.

Pul vəsaitləri – nağd pul və əmanətlər, tələb olunanadək.

Depozitariya – depozitin (əmanətdə saxlanılan pul və ya qiymətli kağızlar) əmanət edildiyi fərdi və ya hüquqi şəxs.

Deponent – təşkilatda müvəqqəti saxlanılan pul vəsaitlərinin aid olduğu fiziki və ya hüquqi şəxsdir.

Diler – malların satışı ilə məşğul olan şəxs və şirkət.

Əlavə kapital – əmlakın artması (yenidən qiymətləndirmə, emissiya gəlirlərinin alınması, qiymətli əşyaların alınması).

Sənədləşdirmə (ilkin uçot) – mülkiyyət, öhdəlik və təsərrüfat əməliyyatlarının mühasibat sənədləri ilə qeydiyyata alınma üsulu.

Sənəd dövriyyəsi – sənədin tərtib olunmasından arxivə yatırılanadək keçdiyi yol.

Əlavə mühasibat uçotları – balanslarının məbləğinin əsas hesablarında əmlakın balansını artırdığı hesabların tənzimlənməsi.

Əlavə birləşdirici – mühasibat uçotu jurnalında olan məbləğ faktiki məbləğdən az olduqda əlavə birləşdiricidən istifadə edilir.

Məqalənin 2-ci hissəsini bu linkə daxil olaraq oxuya bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.