» » » Mühasibat – Peşə xüsusiyyətləri (1-ci hissə)

Mühasibat – Peşə xüsusiyyətləri (1-ci hissə)

posted in: muhasibat, Məqalə, Xəbər | 0
birbank biznes

Qısa təsvir

Mühasib peşəsi – əmək bazarında ən çox tələb olunan peşələrdən biridir. İstənilən təşkilatın kadrlarla bağlı ştat cədvəli özündə mühasib vəzifəsini nəzərdə tutur, iri müəssisələrdə isə hətta bir neçə mühasib vəzifəsi nəzərdə tutulur ki, onların hər biri konkret sahələr üzrə işlə məşğul olur. Mühasib işi çoxplanlıdır: əsas vəsaitlərin, maddi dəyərlərin uçotu, tədarükçülər və sifarişçilərlə hesablaşma, əmək haqqlarının, vergilərin ödənişi və s. Uçotun düzgün aparılması və hesabatın vaxtında təqdim olunmasına Baş mühasib cavabdehdir. Kiçik müəssisələrdə isə bütün mühasibatlıq işlərini bir mühasib yerinə yetirir.

Peşənin spesifikliyi

Mühasibin işi aşağıdakı funksiyaları yerinə yetirməkdir:

  • Mühasibat və vergi uçotunun aparılması;
  • Dövri hesabatların hazırlanması və onların vergi orqanlarına və dövlət fondlarına təqdim edilməsi;
  • Təşkilatın əməkdaşlarına əmək haqqlarının hesablanması və köçürülməsi;
  • Kassa və əlaqəli sənədlərin aparılması.

Peşənin müsbət tərəfləri

Mühasib peşəsi digər peşələrlə müqayisədə daha çox tələb olunandır. Mühasib işi bir qayda olaraq normalaşdırılmış iş günündən ibarət olur. Mühasib eyni zamanda bir neçə kiçik müəssisədə çalışa bilır ki, bu da ona əlavə qazanc gətirə bilər. Mühasib peşəsi prestijli iş sahəsi hesab olunur: Müəssisələrdə mühasib idarəetmə personalına aid edilir.

Peşənin mənfi tərəfləri

Yüksək səviyyəli məsuliyyətin zəruriliyi: Maliyyə uçotu və vergi ödənişləri ilə bağlı buraxılmış səhvlər cinayət məsuliyyətinə gətirib çıxara bilər.

İş yeri

  • İqtisadiyyatın müxtəlif sahələrinə aid istənilən dövlət təşkilatı; (sənaye, tikinti, kənd təsərrüfatı, xidmət sahəsi və s.)
  • Kiçik və orta sahibkarlıq müəssisəsi;
  • Maliyyə təşkilatları: vergi müfəttişliyi, sığorta agentlikləri, pensiya fondları;
  • Banklar, investisiya fondları.
Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az