» » » Minlərlə mühasib üçün sirkdə tədbir keçirildi

Minlərlə mühasib üçün sirkdə tədbir keçirildi

posted in: muhasibat, Məqalə, Xəbər | 0
birbank biznes

Dekabrın 8-də “1C” şirkəti Moskva Böyük sirkində Mühasib Gününə həsr olunmuş ənənəvi mühasiblər bayramı keçirib.  Mühasib Günü – unikal bir tədbirdir, hansı ki, qanunvericilikdə olan dəyişikliklər və proqramlarda baş verən yeniliklər barədə Maliyyə Nazirliyi, Federal Vergi Xidmətinin (FVX) və Rusiya Pensiya Fondunun (RPF) aparıcı mütəxəssisləri və “1C” şirkətinin ekspertlərindən ən son məlumatları əldə etməyə imkan verir.

Tədbirdə bir neçə min mühasib və “1C” şirkətinin partnyorları iştirak ediblər.

Tədbirin işgüzar bölümündə iştirakçılar qarşısında “1C” şirkətinin direktoru Boris Nuraliyev,  Rusiya FVX-nın operativ nəzarət idarəsinin rəisi Andrey Budarin, Rusiya FVX rəhbərinin müavini Dimitri Qriqorenko,  FVX-nin fiziki şəxslərin gəlirlərinin vergiyə cəlb edilməsi İdarəsinin rəisi Mixail Sergeyev, RPF-nun departament rəisi Natalya Belyantseva, Maliyyə Nazirliyinin Gömrük və Vergi Siyasəti Departamentinin rəisi Lyubov Kotova çıxış etmişlər.

“1C” proqramlarının yeni imkanları barəsində isə şirkətin ekspertləri Oleq Fogel, Yelena Kudinova, Lyudmila Zeldner, Sergey Şpanko, Olqa Səlimova  və digərləri məlumat vermişlər. Ekspertlər həmçinin “1C” proqramları ilə əlaqəli məsələlər ətrafında mühasiblərə məsləhətlər vermişlər.

Fasilə zamanı mühasibləri sürprizlər, konkurslar və xatirə fotoşəkilləri gözləyirdi. 1C:İTC portalı mühasiblərə zərərli məsləhətlərlə bağlı kitabçalar, BUX.1C saytı isə sarı rəngli sehirli kalkulyatorlar hədiyyə etdilər.

“1C” şirkəti illik yekun hesabat ərəfəsində mühasiblər üçün professor Sergey Xaritonovun redaktəsi altında çap olunmuş “2017-ci il üçün praktiki illik hesabat”ını hazırlamışdı. Bütün arzu edənlərə qanunvericilikdə və “1C” proqramlarında dəyişikliklərdən bəhs edən faydalı kitab hədiyyə olundu.

Tədbirin işgüzar hissəsi başa çatdıqdan sonra mühasiblər və “1C” şirkətinin partnyorları hədiyyələr lotoreyasında iştirak etdilər. Lotoreyada  noutbuklar, planşetlər, kofe dəmləyənlər, “1C” proqramları və digər maraqlı və lazımlı hədiyyələr oynanıldı.

Sonda isə sirk tamaşası göstərildi.

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.