» » » Mikro sahibkarlıq subyektlərində güzəştlər

Mikro sahibkarlıq subyektlərində güzəştlər

posted in: Xəbər | 0
birbank biznes

idxal əməliyyatlarıMikro sahibkarlıq subyekti əvvəlki il üzrə illik gəliri 180.000 manata, işçilərinin orta siyahı sayı isə 9 nəfərə qədər olan müəssisədir. Müəssisənin əvvəlki il üzrə balansında qalıq dəyəri 2 milyon manat olan avadanlıq mövcuddur. Bu halda mikro sahibkarlıq subyektlərinə tətbiq edilən güzəştlər cari ildə bu müəssisəyə şamil olunurmu?

Vergilər Nazirliyindən bildirilib ki, 1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, mülkiyyətində olan əsas vəsaitlərin ilin əvvəlinə qalıq dəyəri 1.000.000 manatdan artıq olan mikro sahibkarlıq subyektlərinin əmlak vergisini ödəməkdən azad olunması istisna edilib. Buna əsasən, müəssisənin mülkiyyətində olan əsas vəsaitlərin ilin əvvəlinə qalıq dəyəri 1.000.000 manatdan artıq olduğu halda həmin müəssisə ümumi qaydada əmlak vergisini hesablayıb ödəməlidir.

Göründüyü kimi, müəssisənizin balasında olan avadanlığın əvvəlki ilin sonuna qalıq dəyəri 1.000.000 manatdan artıq olduğundan mikro sahibkarlıq subyektlərinə tətbiq edilən əmlak vergisi üzrə azadolma bu müəssisəyə şamil olunmur.

Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Mikro sahibkarlıq subyekti