Xaricdə yerləşən şirkətlərə xidmət göstərirəmsə mütləq mənfəət vergisi ödəyicisi olmalıyam?
Sual:
Gəlmə turizm sahəsi ilə məşğul olan turizm şirkəti yalnız əcnəbi vətəndaşlara və ya əcnəbi vətəndaşları Azərbaycana göndərən əcnəbi şirkətlərə xidmət göstərir. Təbii ki, belə halda elektron qaimə verilmir. Bu zaman turizm şirkəti sadələşmiş vergi ödəyicisi kimi fəaliyyətini davam etdirə bilərmi? Öncədən təşəkkür edirik.
Cavab:
Bildiririk ki, elektron qaimə-fakturanın təqdim edilib-edilməməsindən asılı olmayaraq, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur. Sorğunuzda qeyd olunan müəssisənin eyni zamanda xarici şirkətlərə xidmət göstərdiyini nəzərə alaraq, sadələləşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur.