» » » Əlilliyi olan işçilərə əmək məzuniyyətinin verilməsi

Əlilliyi olan işçilərə əmək məzuniyyətinin verilməsi

posted in: məzuniyyət, Xəbər | 0

Əlilliyi olan işçilərə əmək məzuniyyətinin verilməsi.


Əlilliyi olan şəxslərə işlədikləri müəssisədə əmək məzuniyyəti istəklərinə uyğun olaraq, onlar üçün əlverişli vaxtda verilə bilər. Əmək Məcəlləsinə əsasən, əmək məzuniyyətinin verilməsində növbəlillik prinsipi həmin kateqoriyadan olan şəxslərə şamil edilmir.

Bu hüquq 14 yaşınadək iki və daha çox və ya sağlamlıq imkanları məhdud uşağı olan qadınlara, 16 yaşınadək uşaqları təkbaşına böyüdən valideynə və ya qəyyuma, müharibə veteranlarına, yaşı 18-dən aşağı olan işçilərə və bu Məcəllədə nəzərdə tutulmuş digər kateqoriyalar üzrə şəxslərə də şamil edilir.


Teleqram kanalımıza üzv olun


İşçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ əmək müqaviləsinin bağlandığı andan etibarən 6 ay müddətində əmələ gəlir. Bu müddətdən sonra ona birinci iş ili bitənədək əmək məzuniyyəti ərizəsi əsasında işəgötürənlə razılaşdırıldığı vaxtda veriliə bilər. Lakin bir sıra kateqoriyalar üzrə işçilərlə yanaşı, əlilliyi olan işçilərin əmək müqaviləsinin bağlandığı vaxt nəzərə alınmadan işlədiyi birinci ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ vardır.

Qanunvericiliyə əsasən, əlilliyin qrupundan, səbəbindən və müddətindən asılı olmayaraq, işləyən əlillərə və sağlamlıq imkanları məhdud olan 18 yaşınadək işçilərə minimum 42 gün əmək məzuniyyəti verilir.

Mənbə: sosial.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

error: Content is protected !!