» » » Kriptovalyutanın kağız pullar üzərində qələbə çalacağı proqnozlaşdırılır

Kriptovalyutanın kağız pullar üzərində qələbə çalacağı proqnozlaşdırılır

posted in: Xəbər | 0
birbank biznes

Kriptovalyutanın kağız pullar üzərində qələbə çalacağı proqnozlaşdırılır

Rəqəmsal aktivlər kağız pullar üzərində qələbə qazanacaq və ya onlarla layiqli rəqabət apara biləcəklər. Beynəlxalq auditor şirkəti Deloitte belə bir nəticəyə gəlib, onun bu sahədə tədqiqatları barədə İnsider nəşri məlumat verib.

Deloitte şirkətinin hesabatına görə, sorğu edilən maliyyə rəhbərlərinin 76 faizi kripto-valyutaların güclü bir alternativ olacağını və ya növbəti 5-10 ildə kağız pulları əvəz edəcəyini proqnozlaşdırır. Maliyyə xidmətləri sahəsindən olan şirkətlər kripto-valyutalardan, rəqəmsal aktivlərdən və blokçeynlərdən istifadə etməlidirlər, əks halda onların rəqiblərinə uduzmaq riski var. Bazar iştirakçıları öz biznesləri üçün steyblkoinlər (adi valyuta və ya fiziki mallar ehtiyatlarına bağlı olan kriptovalyutalar) kimi bir sıra aktivlərdən və ya mərkəzi bankların (CBDC) rəqəmsal valyutalarından fayda götürəcəklərini gözləyirlər.

Araşdırmada qeyd olunur ki, rəqəmsal aktivlərə pul axını artır, çünki investorlar vəsaitlərin qənaət üsulu kimi onlarla getdikcə daha çox maraqlanırlar. Kriptovalyutalar ətrafında maliyyə sənayesində dəyişiklikləri əks etdirən yeni biznes modelləri inkişaf edir. Deloitte hesabatının müəlliflərinin sözlərinə görə, şirkətlər öz müştərilərinin gələcək ehtiyaclarına hazır olmaq üçün öz ənənəvi məhsullarını necə dəyişəcəkləri üzərində düşünürlər.

Maliyyə rəhbərlərinin 80 faizi bəyan edib ki, fəaliyyət göstərdikləri sahə rəqəmsal aktivlər və blokçeynlərdən yeni gəlir axını gözləyir. Rəyi soruşulanların yarısı hesab edir ki, kriptovalyutaların başlıca funksiyası – bu, mühafizədir.  Rəqəmsal aktivlərin digər imkanlarına yeni kanallar və ya ödəniş növlərini, eləcə də investisiya portfellərinin diversifikasiyasını daxil edirlər. Rəyi soruşulanların 75 faizindən çoxu, şirkətin blokçeyn və rəqəmsal aktivləri tətbiq etmədiyi təqdirdə, rəqiblərini qabaqlamaq şansını əldən verəcəklərini iddia ediblər.

“Öz biznes-modellərinin inkişafı üzərində yenidən düşünmək üçün blokçeyn texnologiyasından və rəqəmsal aktivlərdən istifadə etməyin yeni yollarını araşdıran oyunçulardan ötrü real dəyişiklik imkanları mövcuddur”, – Deloitte-nin blokçeyn və maliyyə xidmətləri sahəsində aparıcı analitiki Riçard Uolker belə söyləyib.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun