» » » Dünya borcu tarixi rekorda yüksəlib

Dünya borcu tarixi rekorda yüksəlib

posted in: Xəbər | 0
birbank biznes

Dünya borcu tarixi rekorda yüksəlib

borcDünya borcu 2021-ci ilin ikinci rübündə tarixi rekord səviyyəyə – 296 trilyon dollara yüksəlib. Artım 4,8 trilyon dollar təşkil edib, bunu beynəlxalq maliyyə  İnstitutu (IIF) hesablayıb.

Bu rəqəm pandemiyadan əvvəlki göstəricidən 36 trilyon dollar çox olmuşdur. Əgər dünyanın müxtəlif ölkələrinin hökumətlərinin, bankların və korporasiyaların, borclaşma templəri eyni olacaqsa, tezliklə dünya borcu 300 trilyon dolları ötəcək, IIF-in dayanıqlılıq məsələləri üzrə araşdırmalar şöbəsinin direktoru Emre Tiftik buna əmindir. İkinci rübdə dünya borcunun ÜDM-ə nisbəti azalıb – ümumi borc yükü ÜDM-in təxminən 353 faizini təşkil edib ki, bu da birinci rübdə pik əhəmiyyətindən 9 faiz aşağıdır.

Rusiyanın dövlət borcu 2021-ci ilin birinci yarısında 20 trilyon rublu (270 milyard ABŞ dolları) ötüb keçib ki, bu da ÜDM-in proqnozlaşdırılan həcminin 17,7 faizini təşkil edir. Yarım il ərzidə həmin borc 7,8 faiz artıb.

Rusiyanın xarici borcunun səviyyəsi həm mütləq şəkildə, həm də digər iri iqtisadiyyatlarla müqayisədə aşağı səviyyədə qalır. ITI Capital-in borc bazarları üzrə strategi Sergey Volobyovun sözlərinə görə, ümumi xarici borcun səviyyəsi ÜDM-in 30 faizindən azdırsa – bu, eyni kredit reytinqləri olan ölkələr üçün ən yaxşı göstəricidir.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun