» » » Konsaltinq şirkətləri üçün CRM – Müştəri bazasının formalaşdırılması

Konsaltinq şirkətləri üçün CRM – Müştəri bazasının formalaşdırılması

posted in: Xəbər | 0
birbank biznes

Konsaltinq şirkətləri üçün CRM – Müştəri bazasının formalaşdırılması (müştəri bazası)

Hər gün çoxlu sayda sahibkarlar sual verirlər: Sadiq müştəriləri necə qazanmaq olar?

Cavab sadədir: Onlarla qarşılıqlı münasibətlər sisteminin qurulması, yəni CRM sistemini (Customer Relationship Management, “müştərilərlə münasibətlərin idarə olunması”) tətbiq etmək lazımdır. CRM bütün yorucu işləri sizin əvəzinizdən aparacaq və şirkətinizin nəticələrini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq.

İstənilən konsaltinq şirkətinin fəaliyyətində müştəri bazasının formalaşdırılması mühüm yer tutur. Konsaltinq şirkəti üçün müştəri tapmaq o qədər də çətin deyil, onlar üçün istənilən biznes ola bilər: kiçik ərzaq mağazasından başlayaraq sənaye nəhənglərinə qədər. Lakin, gələcək qarşılıqlı fəaliyyət, effektiv biznes münasibətlərinin qurulması heç də sadə məsələ deyil. Xoşbəxtlikdən, bu işdə konsaltinq şirkəti üçün məhsuldar köməkçi – CRM var.

Konsaltinq şirkətləri üçün CRM -in əsas məqsədləri:
  1. Şirkətin fəaliyyətinin optimallaşdırılması və bütün biznes proseslərinin səmərələşdirilməsi;
  2. Xidmət keyfiyyətinin artırılması;
  3. Müştərilər barədə vahid məlumat bazasının yaradılması.

Konsaltinq şirkətləri üçün CRM bütün strukturların məhsuldarlığı və səmərəliliyinin artırılması, o cümlədən mənfəət yekun nəticəsi üçün istifadə olunur.

İşin təxmini mexanizmini nəzərdən keçirək:
  1. Əvvəlcə hədəf auditoriyasını müəyyənləşdiririk və xidmətimizi reklam edirik. Burada müştəri bazası potensial sifarişçiləri təqdim edir. Bu mərhələdə əsas məqsəd onları bu və ya digər konsaltinq xidməti əldə etmək və ya məsləhətləşmə üçün müraciət etmək üçün maraqlandırmaqdır.
  2. Daha sonra bütün potensial müştəriləri bazaya daxil edirik. Potensial sifarişçilərin reallığa çevrilməsi üçün hansı tədbirlərin həyata keçirildiyini müəyyənləşdiririk.
  3. Əgər müştəri sifariş verirsə, o, aktiv statusu alır. Sifarişi yerinə yetiririk, ödənişi alırıq və müqaviləni bağlayırıq. Əgər potensial müştəri sifarişçiyə çevrilmədisə, onda müqaviləni qapadırıq.
  4. Sövdələşmə qapadıldıqdan sonra yenidən əlaqə qurmaq, yəni, təkrar müraciət etmək üçün bir sıra tədbirlərə başlayırıq: müxtəlif poçt göndərişləri, keçirilən aksiyalar və endirimlər barədə məlumat siqnalları, bayram üçün təbriklər və s. Əgər müştəri sifarişçiyə çevrilməyibsə, biz onun müştəri olması üçün yuxarıda sadalanan bir sıra tədbirlər görürük.

Beləliklə, CRM-in əsas məqsədi müştərini başlanğıcdan, hədəf auditoriyasının müəyyənləşdirilməsindən başlayaraq, əməliyyatın başa çatmasına və sonrakı marketinq tədbirlərinə qədər aparmaqdır.

Əsas funksiyaları:
  1. Müştəri bazasının saxlanması: statusların təyin edilməsi, fəaliyyətin izlənilməsi və s.
  2. Müxtəlif müştəri qrupları üçün seçilmiş filtrlər üzrə göndərişlər.
  3. İstənilən hər hansı bir cihazdan işləmək: planşet, kompüter, noutbook. Bu, birbaşa biznes görüşləri və danışıqlar zamanı hər bir sifarişçi üzrə əlavə məlumat daxil etməyə imkan verir.
  4. Sizə əhəmiyyətsiz görünən məqamları belə qeyd etməyi zəruri hesab edirik. Çünki sifarişçilər üçün həmin məqamlar çox vacib ola bilər.
  5. Personalın idarə edilməsi. Siz onların hər birinin fəaliyyəti haqqında bunları əldə edə bilərsiniz: uğurlu əməliyyatların sayı, telefon danışıqlarını dinləmək və s.
  6. Planların tərtib edilməsi və mövcud resursların savadlı şəkildə bölüşdürülməsi.
  7. Sözləşmələrin satış qıfı üzrə mərhələli təşkili və hər bir mərhələ üzrə təhlili imkanı.
  8. Hər bir əməkdaşın fəaliyyətini təhlil etmək, zəif və güclü tərəfləri üzə çıxarmaq, çatışmazlıqları aradan qaldırmaq imkanı.

Beləliklə, CRM -dən istifadə nəticəsində konsaltinq şirkətinin fəaliyyətinin bütün sahələrində artım baş verir, müvafiq olaraq, mənfəət də artır.

Müştəri münasibətlərinin idarə edilməsi, satışların artırılması üçün bütün zəruri xidmət və funksional imkanları özündə birləşdirən Cubics CRM sistemini sizə təqdim edirik. Əgər yerli bazara uyğun, Azərbaycan dilində istifadə edə biləcəyiniz bu sistemi ödənişsiz şəkildə test etmək istəyirsinizsə, https://cubics.az saytına daxil olun və “Pulsuz qeydiyyat” bölməsindən qeydiyyatdan keçin. 14 gün ödənişsiz test edin.

Mənbə: cubics.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
müştəri bazası