» » » Azərbaycanda aqrar sahədə vergi hesabatlılığının yaxşılaşdırılması üçün layihə hazırlanıb

Azərbaycanda aqrar sahədə vergi hesabatlılığının yaxşılaşdırılması üçün layihə hazırlanıb

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Azərbaycanda aqrar sahədə vergi hesabatlılığının yaxşılaşdırılması üçün layihə hazırlanıb

Azərbaycanda kənd təsərrüfatı istehsalçılarının torpaq vergisi istisna olmaqla bütün vergilərdən azad olunmasına, dövlətin bu sahədə çalışanlara subsidiyalar verməsinə, onların bir sıra əlavə güzəştlərdən və yardımlardan istifadə etməsinə baxmayaraq, aqrar sahədə vergi hesabatlılığı günün tələblərinə cavab vermir.

Bunu vergilər nazirinin müavini Sahib Ələkbərov bildirib.

Kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində vergi uçotunun dürüstləşdirilməsi və şəffaflaşdırılması ilə bağlı görülməsi zəruri olan işlər barədə danışan nazir müavini deyib ki, müxtəlif dövlət orqanlarına və bələdiyyələrə təqdim olunan hesabatlardakı rəqəmlər arasında ciddi uyğunsuzluqlar mövcuddur.

“Həmin uyğunsuzluqların aradan qaldırılması üçün digər aidiyyəti dövlət qurumları ilə birlikdə böyük layihə hazırlanıb və ilkin olaraq bu işlərə Şamaxı rayonunda başlanılması qərara alınıb”, – o qeyd edib.

Mənbə: report.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
aqrar vergi