» » » Kiçik və Orta Biznesin İnkişafı Agentliyi sahibkarlıq subyektlərinə müraciət edib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi sahibkarlıq subyektlərinə müraciət edib

posted in: Xəbər | 0
birbank biznes

KOBİA müraciətKiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) menecment sahəsində beynəlxalq ixtisasartırma kursu keçmək istəyən sahibkarlıq subyektlərinə müraciət edib.

KOBİA-dan bildirilib ki, Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan Birgə Proqramı koronavirus (COVID-19) pandemiyası səbəbindən onlayn formatda davam etdirilir. Proqramın Azərbaycan üzrə əlaqələndiricisi olan KOBİA 2021-ci ildə keçiriləcək “İqtisadi kooperasiya” üzrə virtual ixtisasartırma kursunda iştirak etmək istəyən sahibkar və menecerlər üçün müsabiqə elan edir. İngilis dilində təşkil olunacaq ixtisasartırma kursunda menecment sahəsində peşəkar təlimçilər tərəfindən iştirakçılar üçün praktiki idarəetmə vərdişlərinin qazanılması məqsədilə treninqlər, alman şirkətləri ilə virtual formatda təcrübə mübadiləsi və işgüzar görüşlər təşkil ediləcək. İxtisasartırma kursunu uğurla başa vuracaq iştirakçılara beynəlxalq sertifikat veriləcək. Proqramda iştirak ödənişsizdir.

Virtual ixtisasartırma kursunda iştirak etmək istəyən sahibkar və menecerlər müvafiq sənədləri noyabrın 22-dək elektron qaydada KOBİA-ya təqdim etməlidir. İxtisasartırma kursunun iştirakçıları Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) mütəxəssisləri tərəfindən onlayn müsabiqə vasitəsilə seçiləcək. Proqram haqqında, eləcə də ixtisasartırma kursunda iştirak etmək üçün lazımi sənədlər barədə məlumatı KOBİA-nın “www.smb.gov.az” saytından əldə etmək olar: https://bit.ly/389xFlo

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun