» » » Avropa şirkətlərinin yarıdan çoxu iflasa hazırlaşır

Avropa şirkətlərinin yarıdan çoxu iflasa hazırlaşır

posted in: Xəbər | 0
birbank biznes

iflasKiçik və orta biznesə məxsus Avropa şirkətlərinin yarıdan çoxu gələn il koronavirus pandemiyası səbəbindən gəlirləri artmağa başlamazsa, onları iflas təhdidi gözlədiyini söyləyirlər. Bu haqda Bloomberg nəşri məlumat verib.

İtaliya və Fransanın hər beş şirkətindən biri altı ay ərzində iflas haqqında ərizə ilə müraciət etməyə hazırlaşırlar. Bunlar region üçün çox mühüm müəssisələrdir. Belə ki, işçi qüvvəsinin üçdə iki hissəsindən çoxu onların payına düşür. Pandemiya avropa şirkətlərinə güclü zərər vurub, onların 70 faizi qazanclarının azaldığını qeyd ediblər.

Avropalı sahibkarların əksəriyyəti iqtisadi vəziyyəti fəlakətli hesab edirlər. Onlar kreditlər üzrə ödənişləri yerinə yetirə bilmədiklərindən və əməkdaşlarının ixtisara düşə biləcəyindən narahatdırlar.

Almaniyada yekun nəticədə uzun illər boyunca iqtisadiyyatı darmadağın edə biləcək daha çox zombi-şirkətlər adlandırılan müəssisələr peyda olur. Minlərlə belə müəssisə, borclarına görə öz xərclərini gəlir hesabına ödəyə bilmirlər. Bir çox iqtisadçılar əmindirlər ki, bu cür müəssisələrin mövcudluğunu süni şəkildə dəstəkləməkdənsə, onların bağlanılmasına imkan verilməsi daha yaxşı olardı.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun