» » » Azərbaycan “Kənar auditorlara qarşı xüsusi tələblər”ə dəyişiklik edə bilər

Azərbaycan “Kənar auditorlara qarşı xüsusi tələblər”ə dəyişiklik edə bilər

posted in: Xəbər | 0
birbank biznes

Auditorlar PalatasıBu gün Auditorlar Palatası Şurasının videokonfrans formatında növbəti iclası keçirilib.

Bu barədə Palataya istinadən xəbər verilir.

Məlumata görə, Şura üzvlərinin və Şura yanında Komitə sədrlərinin iştirak etdiyi videokonfransda aşağıdakı məsələlər müzakirə edilib, müvafiq qərarlar qəbul edilib:

1. “Auditorun şəxsi kabineti” sistemində auditor təşkilatlarının və sərbəst auditorların fəaliyyətini əks etdirən yarımillik (illik) hesabatın, müqavilələrin və rəylərin qeydiyyatı haqqında təlimatın təsdiq edilməsi;

2. “Auditorların məsuliyyətinin gücləndirilməsi tədbirləri”nin layihəsi;

3. “2021-ci il üzrə auditorların ixtisasartırma kursunun tədris proqramı”nın təsdiq edilməsi;

4. Şura yanında Keyfiyyətə nəzarət və keyfiyyətin idarəedilməsi üzrə komitə tərəfindən aparılmış keyfiyyətə nəzarət üzrə monitorinqlərin nəticələrinə dair komitənin 2021-ci il 16 iyun tarixli 2 nömrəli protokolunun təsdiq edilməsi;

5. Auditorlar Palatası Şurasının 2004-cü il 28 dekabr tarixli 143/1 nömrəli “Auditor xidməti bazarında haqsız rəqabət hallarının aradan qaldırılması üçün qabaqlayıcı tədbirlər barədə” qərarına dəyişiklik edilməsi;

6. Şura yanında Keyfiyyətə nəzarət və keyfiyyətin idarəedilməsi üzrə komitənin müfəttişlərinin siyahısında dəyişiklik edilməsi;

7. Auditorlar Palatası Şurasının 31 oktyabr 2019-cu tarixli 313/3 nömrəli qərarı ilə təsdiq edilmiş “İctimai əhəmiyyətli qurumlarda və publik hüquqi şəxslərdə maliyyə hesabatlarının auditini aparan kənar auditorlara qarşı xüsusi tələblər”ə dəyişiklik edilməsi.


Mənbə: report.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun