» » » Kapitalizm nə vaxt işə yarayır, nə vaxt yox (13-cü hissə)

Kapitalizm nə vaxt işə yarayır, nə vaxt yox (13-cü hissə)

posted in: Xəbər | 0
birbank biznes

Kapitalizm nə vaxt işə yarıyır, nə vaxt yox (13-cü hissə)kapitalizm

Nyu-York universitetinin professoru Robert Allenin Abu-Dabidə çıxışı      

Məsələ ondadır ki, bütün bunlarla nə etməli? Və burada bir neçə variant var.

Birinci – heç nə. Bu qərarın lehinə iki amil var: birinci ondan ibarətdir ki, bir çox adamlar (Panqlossun nöqteyi-nəzəri) vəziyyətin öz-özünə düzələcəyini deyirlər. Həmçinin libertarian baxış da mövcuddur, həmin baxışlara görə siz dövlətin iqtisadiyyata bu cür müdaxiləsinə haqq qazandıra bilməzsiniz, ona görə də, hətta bizim problemimiz varsa belə, heç nə etməməliyik.

Digər bir variant – bu, Trampın apardığı siyasət idi: biz ölkəni Çin idxalından və mühacirlərdən təcrid etməyə çalışa bilərik, çünki bunlar əmək haqqını azaldan iki şeydir. Belə bir ssenaridə bizə tariflər lazımdır, immiqrasiya dayandırılır, Meksika sərhədi boyunca divarların tikintisi davam etdirilir.


Məqalənin 12-ci hissəsini buradan oxuya bilərsiniz


Üçüncü variant liberallar arasında olduqca geniş yayılıb – təhsilə əlçatanlığı artırmaq. Sayı artmış iş yerləri (menecerlərin və mütəxəssislərin mövqeləri) universitet və ya texniki təhsil tələb edir. Belə ki, əlavə təhsil – bu, təsirli yanaşmadır. Lakin, təhsil öz-özlüyündə insanların zavodda işdən çıxması və ya orta ixtisas tələb edən xidmət sahəsində daha ixtisaslı mövqelərə getməsi baxımından birbaşa effekt vermir. Bundan başqa, əmək bazarının ixtisaslı işlə məşğul olmaq istəyənlərin hamısını qəbul edə biləcəyi də tam şəkildə məlum deyil.

Nəhayət, dördüncü yanaşma yaşıl sənaye inqilabı ilə əlaqələndirilir – yaşıl yanaşma deyilən bir şeydir. Burada arqument ondan ibarətdir ki, biz gəlir və resurslara əsaslanan yeni idarəetmə sisteminin qurulmasını tələb edən iqlim böhranı ilə üzləşirik. Bu ssenariyə ənənəvi daxili yanma mühərriki olan avtomobillərin digər nəqliyyat sistemləri ilə əvəz edilməsi, evlərin tikintisi üçün daha effektiv texnologiyalar və s. daxildir. Bütün bunlar ixtisaslı iş yerləri tələb edəcək və əgər yaşıl inqilaba sərmayə qoysaq, əvvəllər itirilən bir çox yeni iş yeri yaradacağıq.

Bu gün haqqında danışmaq mümkün olan son variant isə bazara müdaxilə ilə bağlı təkliflər paketini nəzərdə tutur. Bu, mənə elə gəlir ki, sosial-demokratik yanaşmadır. Tədbirlər kollektiv müqavilələrin genişləndirilməsindən tutmuş (Amerikada müasir vəziyyətin xüsusiyyətlərindən biri – həmkarlar ittifaqlarının iştirakının nəzərə çarpan dərəcədə azalması – bəlkə də həmkarlar ittifaqlarının sayının çoxalması və onların fəal rolu işçilərə kömək edəcək) yüksək minimum əməkhaqqı haqqında qanunlara (federal səviyyədə minimum əmək haqqının bir saat üçün 15 dollara qədər artırılması, böyük bir addım ola bilərdi), əmək hüquqlarının genişləndirilməsi (məsələn, müqavilələrin ləğv edilməsi ilə) və ya biznes milliləşdirilməsinə qədər tərəddüd edir.

Və mən bu beş variantdan hansı birini seçməklə bağlı heç nə deməyəcəm. Qərar sizindir və hökümətdə təmsil olunanlarındır.  Lakin, görünür, siyasəti dəyişmək üçün mümkün variantların diapazonu var.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun