Kapital Bank bizneslə məşğul olan şəxslər üçün daha bir sərfəli məhsul təklif edir. Yeni təqdim olunan məhsul gömrük rüsumlarını ödənilməsi üçün nəzərdə tutulub. Belə ki, məhsul vasitəsilə gömrük rüsumlarının ödənilməsi üçün 60 günədək müddətə, 14%-dən başlayan faizlə kredit təklif olunur.
Maliyyə təhlili olmadan verilən kreditin maksimal məbləği 100 000 manatadək ola bilər. Kredit ödəniş kartı vasitəsilə verilir. Bizneslə məşğul olan şəxsə verilən ödəniş kartı yalnız gömrükdə quraşdırılan POS terminallarda və onlayn olaraq gömrük ödənişləri üçün istifadə edilə bilər.