» » » İkili mühasibat uçotu: Debet və Kredit

İkili mühasibat uçotu: Debet və Kredit

posted in: muhasibat, Məqalə, Xəbər | 0

İkili mühasibatMühasibat uçotunun aparılmasını hiss olunacaq dərəcədə sadələşdirən dahiyanə həll yolu 500 il bundan əvvəl tapılıb. Gəlirlər və xərclərlə bağlı terminlər cütlüyü əvəzinə mühasiblər digər terminlər cütlüyündən istifadə etməyə başladılar: debet və kredit. İtalyan sələmçilərinin leksikonundan götürülmüş bu iki termin cütlüyü arasında birbaşa uyğunluq olmasa da, debet və kredit də eyni mənada istifadə olunurdu: gəlirlər və xərclər.

Mühasibatlıq dilində debet aktivlərin artması və ya passivlərin azalması mənasını verir.

Kredit isə debetin əks mənasında işlədilir. Mühasibat dilində kredit aktivlərin azalması və ya passivlərin artması mənasını verir.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Bəzi peşəkar jarqonların xüsusiyyətlərini qeyd edək. Mühasibat dilində termin qismində işlədilən kredit sözündə vurğu, birinci heca üzərinə düşür. Bank sahəsində termin qismində işlədilən və təqdim edilən istiqraz mənasını verən kredit sözündə isə vurğu sonuncu hecaya düşür.

Biznes hesabi

Beləliklə, təyinetmə zamanı iki hesab həmişə əks mənalarda istifadə olunur: bir hesab – debet üçün, digəri isə – kredit üçün. Və bu, təyinetmədə iştirak edən hesablardan asılı deyil: yəni, aktivdir, passivdir  və ya aktiv passivdir.

Ona görə, təyinetmə üçün iki mühasibatlıq hesabı seçdikdən sonra, mühasibə ona yalnız debetlə krediti bir-birilə səhv salmamaq qalır.

Mənbə: muhasibat.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.