» » » Hesablama Palatasının bir sıra səlahiyyətləri ləğv edilir

Hesablama Palatasının bir sıra səlahiyyətləri ləğv edilir

posted in: Xəbər | 0
birbank biznes

Hesablama Palatasının fəaliyyət istiqamətləri genişləndirilə bilər.

Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə olunub.

“Hesablama Palatası haqqında” qanunun 6.0.2. bəndinə təklif olunan dəyişikliyə görə, qurum büdcə qaydasına uyğun hesablanmış icmal büdcə xərclərinin yuxarı həddi və Vergi Məcəlləsində nəzərdə tutulmuş güzəşt və azadolmalar da daxil olmaqla, icmal büdcəsinin, o cümlədən dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının (təsisatlarının) büdcələrinin layihələrinə və icrasına dair rəy verəcək.

Buna qədər isə Hesablama Palatası büdcə qaydasına uyğun hesablanmış icmal büdcə xərclərinin yuxarı həddi də daxil olmaqla, icmal büdcəsinin, o cümlədən dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının (təsisatlarının) büdcələrinin layihələrinə və icrasına dair rəy verib.

Təklif olunan digər dəyişikliyə görə, Hesablama Palatasının inzibati xətalar haqqında işlərə baxması və inzibati tənbeh tətbiq etməsi səlahiyyətləri ləğv edilir.

Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Mənbə: report.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.