Bu dəfəki yazımızda qanunvericiliyin mövqeyinə və səlahiyyətli orqanların həyata keçirdiyi innovativ tədbirlərinə istinad edərək haqlı olduğunuz hallarda hara və necə şikayət edə biləcəyimiz barədə məlumat verməyə çalışacağıq.
Əvvəla daha çox rastlaşdığımız hallardan biri kimi ictimai yerlərdə və ya yaşayış evlərində gecə saat 24-dən səhər 7-yə kimi səs-küy salmağa, mahnı oxumağa, gur səslə mahnı oxutmağa görə Daxili İşlər Nazirliyinə müraciət edə bilərsiniz.
Oğurluq, soyğunçuluq, quldurluq, döymə, sağlamlığa xəsarət yetirmə, avtoqəza hallarında da Daxili İşlər Nazirliyinə müraciət etməlisiniz.
Xidmət göstərən, məhsul satan şəxslərin keyfiyyətsiz xidmət göstərməsi və ya məhsul satmasına görə, həmçinin haqsız rəqabətə və ya inhisarçılığa yol verilməsinə görə İqtisadiyyat Nazirliyinə müraciət edə bilərsiniz.
Heyvan kəsim yerlərindən kənarda kəsimlərin aparılması, qida məhsullarının sanitar qaydalara zidd olaraq hazırlanması hallarında Qida Təhlükəsizliyi Agentliyinə müraciət edə bilərsiniz.
Təhsil, tibb müəssisələrində, nəqliyyatda, bərbərxana, kosmetoloji xidmət müəssisələrində sanitariya-epidemioloji qaydaların pozulmasına görə Səhiyyə Nazirliyinə müraciət edə bilərsiniz.
- Daxili İşlər Nazirliyi – https://e-muraciet.mia.gov.az/
- 102 – qaynar xətti
- İqtisadiyyat Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti – http://www.consumer.gov.az/az/contact-form
- 195-2 qaynar xətti
- Qida Təhlükəsizliyi Agentliyi – http://afsa.gov.az/az/contact
- Əlaqə – 1003
- Səhiyyə Nazirliyi – http://www.sehiyye.gov.az/?do=faq&form
- Qaynar xətt məlumatları – http://www.sehiyye.gov.az/unvan.html
- Bakı Nəqliyyat Agentliyi – http://bna.az/az/contact
- Çağrı mərkəzi – 141
- Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi – http://www.mincom.gov.az/az/view/feedback/
- Əlaqə – 1655
- Maliyyə Bazarlarına Nəzarət Palatası – https://www.fimsa.az/az/contact
- Çağrı mərkəzi – 966
Mənbə: huquqblogu.blogspot.com