» » » Gömrük ödənişlərinin qaytarılması qaydalarında dəyişiklik edilib

Gömrük ödənişlərinin qaytarılması qaydalarında dəyişiklik edilib

posted in: Xəbər | 0
birbank biznes

Gömrük ödənişlərinin qaytarılması, Ezamiyyə xərclərinin normaları, mediasiya, Vahid büdcə təsnifatıAzərbaycan Respublikası Nazirlər Kabinetinin “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydalarının təsdiq edilməsi barədə” 2001-ci il 23 fevral tarixli 48 nömrəli və “Gömrük ödənişlərinin qaytarılması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2013-cü il 18 fevral tarixli 25 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli 1704-VQD nömrəli Qanununun tətbiqi və həmin Qanunun tətbiqi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 dekabr tarixli 902 nömrəli Fərmanının 1.1.9-cu yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının
qaytarılması Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 2, maddə 126; 2003, № 4, maddə 214, № 6,
maddə 349; 2005, № 2, maddə 134; 2006, № 2, maddə 184, № 3, maddə 308; 2010, № 10, maddə 905; 2017, № 10, maddə 1888; 2019, № 7, maddə 1335; 2021, № 3, maddə 282, № 7, maddə 876) aşağıdakı dəyişikliklər edilsin:

1.1. adında və 1-ci hissədə “və işsizlikdən sığorta haqlarının,” sözləri “, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının,” sözləri
ilə əvəz edilsin;

1.2. aşağıdakı məzmunda 3-cü hissə əlavə edilsin:

“3. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.”;

1.3. həmin Qərarla təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları” üzrə:

1.3.1. adında “və işsizlikdən sığorta haqlarının,” sözləri “, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının,” sözləri ilə əvəz edilsin;

1.3.2. 1.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra – Vergi Məcəlləsi) 87.4-cü və 87.5-ci maddələrinə, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 9-1.2-ci maddəsinə, “İşsizlikdən sığorta haqqında”
Azərbaycan Respublikası Qanununun 7-1-ci maddəsinə, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-24.1-ci
maddəsinə əsasən hazırlanmışdır və vergi ödəyicisindən və ya sığortaedəndən, habelə sığortalıdan düzgün tutulmamış və ya onun tərəfindən artıq ödənilmiş, rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının, eyni zamanda Vergi Məcəlləsinin 199.12-ci maddəsinə uyğun olaraq özəlləşdirilməsi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisinin (bundan sonra – büdcəyə artıq ödəmələr) məbləğlərinin qaytarılması qaydalarını müəyyən edir.”;

1.3.3. 1.2.1-ci yarımbənddə “və işsizlikdən sığorta haqlarına” sözləri “, işsizlikdən sığorta, icbari tibbi sığorta üzrə sığorta haqlarına,” sözləri ilə əvəz edilsin və həmin yarımbənddən “, habelə vergi və məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə” sözləri çıxarılsın;

Daha ətraflı faylı yükləməklə tanış ola bilərsiniz: Gömrük ödənişlərinin qaytarılması Qaydaları (108 downloads )


Mənbə: nk.gov.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun