» » » “Ezamiyyə xərclərinin normaları” ilə bağlı Qərarda kiçik dəyişiklik edilib

“Ezamiyyə xərclərinin normaları” ilə bağlı Qərarda kiçik dəyişiklik edilib

posted in: Xəbər | 0
birbank biznes

mediasiya, Vahid büdcə təsnifatı“Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli Qərarına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, No 1, maddə 44, No 6, maddə 589, No 12, maddə 1118; 2011, No 1, maddə 66, No 9, maddə 854; 2013, No 2, maddə 197, No 10, maddə 1222; 2015, No 8, maddə 962; 2018, No 3, maddə 592, No 6, maddə 1368; 2019, No 4, maddə 786; 2021, No 1, maddə 96) aşağıdakı məzmunda 1-2-ci hissə əlavə edilsin:

“1-2. Mühafizə olunan şəxslərin ölkədaxili səfərləri zamanı təhlükəsizliyi təmin edən Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti əməkdaşlarının mehmanxana xərcləri təqdim edilmiş təsdiqedici sənədlərə əsasən faktiki xərclərə uyğun olaraq ödənilir.”.