» » » Fiziki və hüquqi şəxslərin mülki hüquq qabiliyyəti

Fiziki və hüquqi şəxslərin mülki hüquq qabiliyyəti

posted in: Xəbər | 0

işsizlikdən sığorta , Vergi ödəyicilərinin uçotu, işsizlikdən sığorta, işəgötürənin öhdəlikləri, işçinin məlumatlandırılmasıMövzuya keçməzdən əvvəl qeyd edək ki, Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan və ya müvəqqəti qalan әcnәbilәr və vətəndaşlığı olmayan şəxslər fiziki şəxslər hesab edilir. Mövcud qanunvericiliyə görə fiziki şəxs dedikdə hüquq münasibətlərində öz adından iştirak edən insan fərdi başa düşülür.

Fiziki şəxslər mülki hüquq münasibətlərində həm hüquq, həm də fəaliyyət qabiliyyəti əsasında iştirak edirlər. Bu hissədə hüquq qabiliyyəti barədə izah verməyə çalışacağıq.

Mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bu qabiliyyət bütün fiziki şəxslərdə eyni dərəcədə müəyyən edilir. Bu hüquq qabiliyyəti şəxsin doğulduğu an əmələ gəlir və ölümü ilə xitam edilir. Qanunvericiliyin mövqeyinə görə beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır.


Fiziki şəxs faktiki yaşayış yeri üzrə vergi uçotuna alına bilərmi?


Onu da qeyd edək ki, şəxs hüquq qabiliyyətindən məhrum edilə bilməz. Həmçinin nəzərə almaq lazımdır ki, şəxsin hüquq qabiliyyətindən tamamilə və ya qismən imtina etməsi, hüquq qabiliyyətinin məhdudlaşdırılmasına yönəldilmiş əqdlər bağlanması da əhəmiyyətsizdir.

Qanunvericiliklə hüquqi şəxslər üçün də mülki hüquq qabiliyyəti müəyyən edilmişdir. Hüquqi şəxsin hüquq qabiliyyəti dövlət qeydiyyatına alındığı andan yaranır və bu qabiliyyətə əsasən hüquqi şəxs mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir.

Hüquqi şəxsin hüquqları yalnız qanunla nəzərdə tutulan hallarda və qaydada məhdudlaşdırıla bilər. Hüquqi şəxs öz hüquqlarının məhdudlaşdırılması haqqında qərardan məhkəməyə etiraz verə bilər. Hüquqi şəxsin xüsusi icazə (lisenziya) alınması tələb olunan fəaliyyəti həyata keçirmək hüququ belə lisenziyanın alındığı andan (və ya lisenziyada göstərilən vaxtda) əmələ gəlir. Bu hüquqa isə ayrı qayda müəyyənləşdirilməyibsə, lisenziyanın müddəti qurtardıqda xitam verilir.

Hüquqi şəxs ləğvetməyə başlamışdırsa, ləğvetmə prosesi ərzində hüquqi şəxsin hüquq qabiliyyəti tam həcmdə saxlanılır. Hüquqi şəxsin öz nizamnaməsində müəyyənləşdirilmiş fəaliyyət məqsədlərinə zidd (hüquqi şəxsin hüquq qabiliyyətindən kənara çıxan) olaraq bağladığı əqd, əgər əqddə iştirak edən digər tərəfin onun qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu sübuta yetirilərsə, həmin hüquqi şəxs və ya onun təsisçisi tərəfindən mübahisələndirilə bilər.