» » » Ən qeyri-adi vergilər (4-cü hissə)

Ən qeyri-adi vergilər (4-cü hissə)

posted in: Məqalə, Vergi | 0
birbank biznes

Yağış vergisi

Bu vergi növü Litvada tətbiq olunub. Şəhər hakimiyyət orqanları yağış kanalizasiyalarının təmiri üçün vəsait əldə etmək məqsədilə vergi tətbiq etməyə məcbur olub. Qərarda belə deyilirdi ki, şəhər sakinləri yağış zamanı sututarların qurulması ilə məşğul olmalı, ya da dövlətə vergi ödəməlidilər. Belə ki, hər il baş verən yağışlar mövsümü bələdiyyə idarələri üçün əsl fəlakətə səbəb olurdu. Məmurların söylədiyinə görə mövcud kanalizasiya sistemləri və təmizləyici qurğular işin öhdəsindən gələ bilmir, buna müvafiq olaraq əlavə xərclər tələb olunur.

Həmrəylik vergisi

Belə bir vergi AFR ilə ADR-in birləşməsindən sonra Almaniyada tətbiq olunub. Səbəb isə çox sadə idi, belə ki, iki alman dövləti birləşərkən,  şərq torpaqları inkişaf səviyyəsinə qərb torpaqlarından xeyli geridə qalırdı. Və bu geriliyi aradan qaldırmaqdan ötrü 2 trilyon marka dəyərində sərmayə qoyuluşu tələb olunurdu. Buna görə 1991-ci ildə həmrəylik vergisi deyilən xüsusi bir vergi tətbiq edildi. Birləşməni maliyyələşdirməkdən ötrü gəlir vergisindən 5,5% həmrəylik vergisi tutulmağa başlandı.

 

Rus dilinə görə vergi

 

Rus dilindən istifadəyə görə vergi Estoniyada tətbiq edilib. Avropa Birliyinə daxil olduqdan sonra Estoniyanın Rusiyada səfiri işləmiş Mart Helme respublikada belə bir verginin tətbiqini təklif etmişdi. Siyasətçinin sözlərinə görə, “eston dilinin qorunması zəruridir” və bunun ən sadə və ağıllı yolu, cibə zərbə vurmağa yönələn tədbirlər ola bilər. Estoniyada rus dilindən istifadəyə görə xüsusi vergi tətbiq edilməlidir. Telekanalların rus dilində verilişlərinə baxmaq istəyən hər bir şəxs bunun üçün saniyə hesabilə pul ödəməlidir və bu da elə bir məbləğ təşkil etməlidir ki, insanlar həmin verilişlərə baxmaqdan imtina etməli olacaqlar. Yazılı mətbuat üçün isə vergi çap işarəsi və ya materialın hər kv sm nəzərə alınmaqla tutulmalıdır”.

 

Kazinoda oynama, vergidən azad ol

Yeni vergi növü tətbiq etməyən, hətta vergidən azad edən ölkələr də olurmuş. Belə ölkələrdən biri Monako knyazlığıdır. Məlum olduğu kimi, knyazlığın ərazisində yerləşən Monte-Karlo şəhəri həm də öz kazinoları ilə məşhurdur. Maraqlıdır ki, Monte-Karlodakı kazinoların oyun zallarında yalnız əcnəbi vətəndaşlar oynaya bilər. Hələ XIX əsrdə, oyun sənayesini inkişaf etdirməyi planlaşdırarkən, belə bir qərar qəbul olunub. Yerli sakinlər isə kompensasiya kimi gəlir vergisi ödəməkdən azad ediliblər. Baham adalarındakı kazinolarda da oxşar qadağa tətbiq olunub. Çox güman ki, bu qərarı qəbul etməklə, sözügedən ölkələr həm də öz vətəndaşlarının mənafelərini düşünüblər.

Məqalənin 3-cü hissəsini buradan oxuya bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.