» » » Caspian İnvestment Company 1300 manat əmək haqqı ilə Baş mühasib axtarır

Caspian İnvestment Company 1300 manat əmək haqqı ilə Baş mühasib axtarır

posted in: İş elanı, muhasibat, Xəbər | 0
birbank biznes

Caspian İnvestment Company (Caspian Plaza) 1300 manat əmək haqqı ilə Baş mühasib axtarır.

İş barədə məlumat:

  • Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
  • Əmək haqqı fondunun xərclənməsinə, ştat cədvəlinə ciddi riayət olunmasına nəzarət etmək;
  • Vergi hesabatlarının (Sadələşdirilmiş, ƏDV, ÖMV, Mənfəət) hazırlanması və təqdim edilməsi;
  • DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi;
  • Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi;
  • Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi;
  • İşçilərlə hesablaşmaların təmin edilməsi;
  • Bank, Kassa, Satış, Əmək haqqı sənədlərinin 1C proqramına daxil edilməsi.

Namizədə tələblər:

  • Ali təhsil (müvafiq sahədə);
  • 1C 8.3. və ya 8.2. platformasında təcrübə mütləqdir;
  • Mühasibat sahəsində ən az 5 il iş təcrübəsi.

Əmək haqqı: 1000-1300 AZN

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  hr@agagroup.az elektron ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Baş Mühasib” şəklində göstərilməsi xahiş edilir. İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Mənbə: jobserach.az

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.