» » » Əmək haqqına əlavə məbləğlər barədə bilmədiklərimiz

Əmək haqqına əlavə məbləğlər barədə bilmədiklərimiz

posted in: Xəbər | 0
birbank biznes

Əmək haqqına əlavə, Əmək haqqı,Bu yazımızda əmək haqqının hesablanması, məzuniyyət, xəstəlik vərəqəsi və ya ezamiyyə hesablanması barədə deyil, əmək haqqına əlavə olaraq hesablanmalı olan məbləğlərdən bəhs edəcəyik. (əmək haqqı)

Əmək haqqına əlavələrə aşağıdakıları aid etmək mümkündür:

– Əlavə dedikdə ilk olaraq yeni il öncəsi olduğu üçün 13-cü maaş yada düşür. Daha dəqiq desək mükafatlandırma sistemi üzrə istər bayram günləri, istərsə də icra edilmiş layihələr üzrə və ya əmək fəaliyyətinin yüksək səviyyədə peşəkarlıqla icra edilməsi zamanı verilən həvəsləndirmə vasitəsi kimi pul mükafatını qeyd etmək olar.

– Xüsusi şəraitdə işləyən işçilərə aid edilən əlavələr. Bu növ əlavələr xüsusilə ağır şəraitdə və ya əmək şəraiti zərərli olan işlərdə çalışanlar üçün və ya gecə vaxtı icra edilən əmək fəaliyyətinə görə ödənişləri nəzərdə tutur. Belə ki, adi iş saatlarından fərqli olaraq gecə vaxtı üçün çalışanların da əmək haqlarına gecə vaxtına düşən hissə üçün əlavələr hesablanmalıdır.

– Vaxtamuzd işçi eyni zamanda müxtəlif işlər, vəzifələr, peşələr və ya ixtisas dərəcələri üzrə əmək vəzifələrini yerinə yetirdikdə, habelə müəyyən edilmiş normalardan artıq dəzgaha, maşına, aparata xidmət etdikdə, onun əməyi daha yüksək haqq verilən ixtisas (peşə) dərəcələri, tarif (vəzifə) maaşları üzrə ödənilir və əmək haqqına əlavə müəyyən edilir.

– Əmək müqaviləsində nəzərdə tutulmuş əmək funksiyası ilə yanaşı müəyyən edilmiş iş vaxtı ərzində işçi tərəfindən digər müvafiq peşələr (vəzifələr) üzrə əmək funksiyasının tam və ya qismən icra olunduğu hallarda onun əmək haqqına əlavə müəyyən edilib ödənilməlidir. İşçi öz işi ilə yanaşı öz işinə aid olmayan başqa işləri də icra edirsə, bu halda da ona əlavə ödənilməlidir. Əlavə məbləği kollektiv müqavilə və ya qarşılıqlı razılıqla müəyyən olunur.

– Özünün əmək funksiyasını yerinə yetirməklə yanaşı müəyyən səbəbdən müvəqqəti işə çıxmayan işçini əvəz edən işçiyə, əvəz edilən işçinin tarif (vəzifə) maaşı ilə onun maaşı arasındakı fərq ödənilir. Əgər əvəz edilən işçinin əmək haqqı azdırsa, onda müəyyən məbləğ razılaşdırılıb ödənilməlidir.

– İş günü sayılmayan günlərdə (istirahət, bayram, seçki və d) və ya iş vaxtından artıq işə cəlb olunduqda işçiyə gündəlik tarif maaşının iki misli, artıq saat üzrə isə saatlıq tarif maaşının iki misli hesablanıb ödənilməlidir.

– İşəgötürənin təqsiri üzündən (vaxtında hesanlanmama, banka vaxtında təqdim olunmama və d) vaxtında əmək haqqı işçiyə ödənilmədikdə (əmək mübahisəsi yaratmırsa) işçiyə gecikdirilmiş hər gün üçün 1% əlavə ödənilməlidir.

– Səhv riyazi hesablama zamanı işçinin hesabına əlavə məbləğ ödənilibsə və bu məbləğ işçiyə ödənilən gündən 1 ay (1 ay keçənə kimi həmin məbləğ geri tutula bilər) vaxt keçibsə, bu məbləğ də əlavə kimi işçidə qalır.

– İşçi tərəfindən iş ili üzrə hesablanmış məzuniyyət günlərindən istifadə edilmədikdə, həmin günlər növbəti ilin məzuniyyətinə birləşdirilmirsə, bu halda bu məzuniyyət günləri əvəzinə kompensasiya ödənilməli olur. Bu kompensasiya da əmək haqqına əlavədir.

Müəllif: Praktiki Hüquqşünas / Şəhriyar Həbilov



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun