» » » Əmək haqqı 2500 manatdan çox olduqda, güzəşt hüququna əsasən gəlir vergisi necə hesablanır?

Əmək haqqı 2500 manatdan çox olduqda, güzəşt hüququna əsasən gəlir vergisi necə hesablanır?

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Sual: Sualim əmək haqqından gəlir vergisinin hesablanmasına aiddir. Əgər əmək haqqısı 2600 AZN olan şəxs həm də müharibə əlilidirsə (102-ci maddəyə əsasən 400 azn gəlir vergisindən azad olma hüququ var) onun əmək haqqısından gəlir vergisi hesablandıqda 173 AZN yaşayış minimumu çıxılırmı? Ümumiyyətlə həmin şəxsin gəlir vergisi nece hesablanır.

Cavab: Bildiririk  ki,  fiziki şəxsin əmək kitabçasının olduğu əsas iş yerində hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, ölkə üzrə yaşayış minimumunun 1 misli məbləğində olan hissəsi, yəni 173 manat (2018-ci il üzrə) gəlir vergisi hesablanarkən çıxılır.

Müharibə əlili olan işçinin əmək kitabçasının olduğu əsas iş yerinə güzəşt hüququ verən sənədlərdən biri təqdim edildiyi və muzdlu işlə əlaqədar aldığı gəlir 2.500 manatdan artıq olduğu halda, sorğunuzda qeyd edilən halda isə hesablanmış əmək haqqı 2600 manat olduğu üçün həmin əmək haqqından ölkə üzrə yaşayış minimumunun 1 misli məbləğində olan hissə çıxılmır, yalnız müharibə əlilinə görə verilən 400 manat güzəşt çıxılır, yerdə qalan məbləğdən isə 14 faiz dərəcə ilə gəlir vergisi tutulur. Bu halda müharibə əlili olan işçidən gəlir vergisi aşağıdakı qaydada hesablanaraq tutulur:

((2600-400)*14%= 308).

Bax: Vergi Məcəlləsinin 101.1-ci102.1.6-cı və 102.2.4-cü və 102.8-ci maddələri, “Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 1 dekabr 2017-ci il tarixli 906-VQ nömrəli, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli, 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”.

Mənbə: taxes.gov.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az