İşəgötürən: Səba ASC
Vəzifə: Mühasib (Gündəlik təzə ərzaq malları dükanları üzrə)
Əmək haqqı – 600-700 AZN
İş barədə məlumat
- “Səba ət-süd” mağazası üzrə maliyyə hesabatlarının gündəlik, aylıq və rüblük hazırlanması və menecmentə və dövlət qurumlarına təqdim edilməsi;
- Gəlirlər və xərclər haqqında hesabat
Pul axını cədvəli - Balansın qurulması
- “Səba ət-süd” mağazalarına aid olan gündəlik və aylıq hesabatların tərtib edilməsi;
- Pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatların mühasibat hesabatlarında əks etdirilməsi;
- “Səba ət-süd” mağazaları tərəfindən edilən ödənişlərin uçotu və gündəlik nəzarət edilməsi;
- Kassa əməliyyatlarının uçotunun aparılması;
“Səba ət-süd” mağazalarında çalışan şəxslərin xidmət haqqının hesablanmasına dair hesabatların hazırlanması;
Namizədə tələblər
- Ali təhsil (Maliyyə, mühasibat uçotu sahəsində arzuolunandır.);
- Ən azı 2-3 il iş təcrübəsi olmalıdır;
- 1C Proqramında, Excell proqramında işləmə bacarığı;
- Stresədavamlı, tələbkar, məsuliyyətli;
- Azərbaycan dilində danışıq və yazı qabiliyyətinə malik olmalı;
- Vergi qanunvericiliyindən məlumatlı olmalı;
Xahiş edirik ki, mövzu yerinə elanın adını yazaraq və CV-nizi öz adınızla adlandıraraq, f.maharramov@saba.az elektron ünvanına göndərərdiniz.
CV-lərə baxıldıqdan sonra, uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Mənbə: jobsearch.az